ATESH.AZ saytı xəbər verir.
Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin həyata keçirdiyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, 2021-ci ildə elan etdiyi kiçik qrand müsabiqəsində qalib olmuş “Kəşfiyyatçı vəsiyyəti” filminin çəkilməsi layihəsi sona yaxınlaşır.
Şəhid mayor Əsgərov Rüfətin həyatını əks etdirən “Kəşfiyyatçı vəsiyyəti” filmi 19 may 2022-ci il tarixində Əmircan qəsəbəsində yerləşən 114 saylı məktəbdə keçirildi. Tədbirin təşkilatçılığını Suraxanı Rayon İcra hakimiyyəti həyaya keçirildi. Filmin təqdimatı ilə eyni gündə 114 saylı məktəbdə şəhid mayor Rüfət Əsgərovun adına muzey və sinif otağı açıldı.
Tədbiri məktəbin direktoru Ceyran xanım açıq elan etdi. Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri qazi, polkovnik, Rüfət Əgərovun dostu və keçmiş iş yoldaşı Elmar Hüseynov layihə və Rüfət haqda geniş məlumat verdi. Eyni gündə iki dəfə film nümayiş olundu.
Tədbirə dəvət olunmuş qonaqlara müəllim və şagirdlərə “Kəşfiyyatçı vəsiyyəti” filminə aid disklər paylanıldı.
Tədbirin foto və video çəkilişi də həyata keçirildi
Layihənin rəhbəri Hikmət Əsgərov