Müəllimlərin sertifkasiyası məsələsi son günlər müzakirəyə çevirilən əsas problemlərdəndir.
Keçirilməsi planlaşdırılan sertifkasiyaya müəllimlər tərəfindən ciddi etirazlar var.
Zirveyolu.info -ın məlumatına görə, paytaxtın Qaradağ rayonunda yerləşən 184 nömrəli orta məktəbin müəllimi, sinif otağında rəqs videosu ilə gündəmə gələn Gülsüm Biləndərli də Cebhe.info-ya açıqlamasında bildirib ki, artıq bu etiraz dalğası böyüyür:
“Bizim əhatə dairəmiz artıq genişlənib. Haradasa 1000-ə yaxın müəllim bu etirazda iştirak edir və ərizə yazıb. Ayrı-ayrı rayonların ayrı-ayrı məktəblərinin müəllimləri buna öz etirazını bildirir və Prezidentə müraciət edir. Biz qərara almışıq ki, bölünüb kimisi Prezident Aparatına, kimisi Təhsil Nazirliyinə gedək. Bu, gələn həftə – tədris ili başa çatdıqdan sonra baş verəcək. Deyirlər ki, müəllimlər Bakıda kütləvi şəkildə küçədə etiraz edəcək. Belə deyil. O müəllim ki, küçəyə etiraza çıxdı, o ziyalı deyil, müəllim deyil. Biz ziyalıyıq. Öz etirazımızı qəbula getməklə, yazılı sürətdə bildirəcəyik. Bu qədər yüklə biz son nöqtəyə dirəndik. Dayanmadan gedib öz haqqımızı tələb edəcəyik. Dünya praktikasına istinad eləsək, sertifkasiya o halda keçirilir ki, orada müəllimin maaşı artırılır. Bizdə təhsil çöküb, müəllimi qul kimi işlədib, sonra da sertifkasiya edirlər”.