Sosial şəbəkədə belarus toyuqları ilə bağlı video yayanlar müzakirədən qaçdılar – AQTA araşdırır
Bildiyiniz kimi yaxın günlərdə bəzi işbazlar tərəfindən Belarusiyadan gətirilən toyuqlarla bağlı qarayaxma kampaniyasi başladıldı.
AZİNFORM.AZ xəbər verir ki, bəzi saytlarda bu barədə müxtəlif vətəndaşlar tərəfindən çəkilmiş və sosial şəbəkələrdə yayılan videoları şişirtmə məqalələr də yazıldı. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları müxtəlif araşdırmalar apararaq həmin şəxslərlə əlaqə yaratmağa çalışdılar. Çox saylı səylərə baxmayaraq sosial şəbəkələrdə yalan məlumat yayanlar müzakirədən qaçıblar.
Eləcə də bax: Belarusiyadan gətirilən kənd toyuqları ilə bağlı qarayaxma kampaniyasını aparanlar kimlərdir? – AÇIQLAMA
Ümüd edirik ki, bu məsələ ilə bağlı onlar öz səhvlərini anlayıb bir daha belə ajiotaj üçün, reytinq və bəyənməyə görə belə videolar çəkməzlər.
Eləcə də bax: Belarus toyuqlarının Azərbaycana idxalı ilə məşğul olan iş adamı Anar İsmayılov: “Ucuz və keyfiyyətli məhsulla xalqımızın xidmətindəyik”
Məsələ ilə bağlı diqqətinizə bir məqamı da çatdırmaq istərdik ki, Azərbaycanda xaricdən gətirilən bütün qida məhsullarına AQTA nəzarət edir və bu cür qarayaxma kampaniyaları araşdırılır. AQTA-nın fəaliyyətinə kölgə salmağa çalışan bəzi saytlar fəaliyyətini yalan məqalələr yazdırmaqla deyil xalqa dolğun informasiyalar çatdırmağa sərf etsə daha yaxşı olar.
Eləcə də bax: Belarus toyuqlarının idxalına və satışına AQTA icazə verir – FOTOLAR
Xaricdən toyuq gətirmək olmazsa bunu ancaq dövlət qadağan edə bilər. Yerli işbazlar süni qiymət artımına nail olmaq üçün ölkədə bu sahəni tamamilə ələ almaq istəyirlər.
Eləcə də bax: AQTA-nın fəaliyyətinə kölgə salanların əsas məqsədi bilindi – FOTOFAKT