“Quru sərhədlərinin açılmasına ehtiyac var. Ölkəmizə gəlib-gedənlər çoxdur”.
Bunu “Unikal”a açıqlamasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, bəzi xəstəliklərlə bağlı dünyada tam stabilləşmə getməyib.
“Bu baxımdan, müəyyən tədbirlər həyata keçirməklə sərhədləri açmaq lazımdır. Hazırda yay fəslidir, kifayət qədər turist gəlir. Onların arasında avtomobillə gəlmək istəyənlər olur. Quru sərhədlərinin açılmasının tərəfdarıyam”.