Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər üzrə nümayəndəliyi Masallı şəhərin abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Zirveyolu.info Ölkə.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Elnur-2” universal istehsalat kommersiya şirkəti olub.
Qalib şirkətlə 628,450 min manat dəyərində satınalam müqaviləsi imzalanıb.
Qeyd edək ki, daha əvvəl də Masallı Rayon İcra Hakimiyyəti Viləş çayının Masallı şəhərinin mərkəzindən keçən hissəsində çay sahilindəki ərazinin sel və daşqın sularından mühafizəsi üçün bu ərazidə Viləş çayının yatağının 750 pm hissəsinin beton məcraya salınması məqsədi ilə layihə sənədlərinin hazırlanması və tikintisinin satın alınması ilə bağlı tenderdə “Elnur-2” universal istehsalat kommersiya şirkətini qalib edib və şirkətə 655,200 min manat ödənilib.
“Elnur-2” universal istehsalat kommersiya şirkəti 1994-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 11/35, m. 57 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 1,6 manatdır.