Cəmiyyət Manşet

Bu millət Cahangir Əsgərova NƏ QƏDƏR İŞLƏMƏLİDİR? – HƏQİQƏTƏN DƏ…

Sıravi azərbaycanlı Tblisiyə səyahət etmək istəyirsə 157 manat, İstanbul üçün 261 AZN xərcləməlidir. Halbuki, quru yolla iki-üç dəfə daha ucuz səyahət etmək mümkündür.

Ölkədə iyun ayı ərzində 250-yə yaxın adam koronavirusa yoluxub, üç nəfər vəfat edib. Buna baxmayaraq, Azərbaycan Nazirlər Kabineti (NK) iyunun 21-də Covid-19 pandemiyası səbəbindən “xüsusi karantin rejimi”ni sentyabrın 1-nə qədər uzadıb.

İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağladığından ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür. Maraqlıdır ki, qonşu ölkələr olan İrana, Türkiyəyə quru yolla getmək üçün əvvəlcə Naxçıvana təyyarə ilə uçmaq, oradan isə sərhədi keçmək mümkündür.

Bakıdan Naxçıvana (Bakı- Biləsuvar- İran- Culfa istiqamətində) gedən avtobusların qiyməti 30 manatdır. Təyyarə ilə səfər etmək isə 60 AZN-ə başa gəlir. Bu məbləğin üzərinə digər nəqliyyat xərclərini də gəldikdə ödəniş daha da yüksəlir. Bu isə o deməkdir ki, minimum 250 manat əmək haqqı alan vətəndaş təyyarə ilə xaricə gedib-gələmək üçün 2 ay heç nəyə pul xərcləməməlidir.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı giriş-çıxışa məhdudiyyət tətbiq edilməsini Nazirlər Kabineti (NK) həyata keçirir. “Toplum TV” quru sərhədlərlə bağlı sosial mediada edilən şikayət və narazılıqları NK-ya sorğu kimi ünvanlasa da, qurumun mətbuat nümayəndəsi İbrahim Məmmədov şərh verməkdən imtina edib.

İqtisadçı Azər Mehtiyev hesab edir ki, quru sərhədlərin bağlı olması pandemiya ilə bağlı deyil: “Xüsusən də nəzərə alanda ki, dəmiryolu da işlək vəziyyətdə deyil, bu zaman yeganə nəqliyyat vasitəsi kimi təyyarələrdən istifadə etmək qalır. AZAL-ın qoyduğu qiymətlər isə sadə insanların cibinə uyğun deyil deyə onlar səfərlərdən məhrum olurlar. Hökumət bu qadağanı uzadarkən pandemiyanın yenidən qalxacağı riskini qiymətləndirməlidir. Ortada bir açıqlama olmadığı üçün o fikir yaranır ki, bu, şirkətlərə fayda vermək üçündür. Gedənlər isə yüksək qiymətə təyyarə bileti aldığı üçün bu AZAL-ın cibinə xidmət edir”.

İqtisadçı hesab edir ki, insanların hərəkətinin məhdudlaşdırılması ölkədən xaricə valyuta axının bir qədər qarşısını almaq məqsədi daşıya bilər.

İqtisadçı Rövşən Ağayev isə “Feysbuk” hesabında yazır ki, hərəkət məhdudiyyəti çox səbəbli bir qərar olub, əsasən, oliqarxiyanın mənafeyinə xidmət edir: “Məqsəd həm də odur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, ordan da Türkiyəyə keçib həmin yerlərdə para xərcləməsinlər. Bu qərarla həm kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzurlar”.

İqtisadçının fikrincə, turistik kanallarla kənarda valyuta xərcləmələri məhdudlaşdığından minimum 700-800 mln. ABŞ dolları ölkə daxilində dövr edir. Hökumət isə bunu “uğur” saya bilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir