Cəmiyyət Manşet

Ağstafa təhsilində direktor əhvəlatı: “Mən istədim,amma səni…”

Xəbər verdiyimiz kimi “Üç saat dərsin pulunu məndən istədi” hay-həşirindən sonra işdən çıxarılan Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanın yerinə hələ də təyinat olmayıb.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə, sözügedən məktəbə direktor olmaq üçün pul verən yoxdur. Kənddə şayələr gəzir ki, direktor olmağın qiyməti 7 min manatdır. Bu məbləği verən isə hələ ki yoxdur. Məlumatda o da vurğulanır ki, rayon Təhsil Şöbəsinin sektor müdiri əvəzi Mədət Zeynalov bəzi “gedişlər” edib.

Belə ki, o “səmimiyyət pərdəsi” altında Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimini Emin adlı şəxsin yanına qəbula göndərib (Müəllimin kimliyini, Eminin soyadı, vəzifəsini qeyd etməyi etik saymadıq). Tərəflər görüşmədən qəbula göndərilən şəxsə sonradan Təhsil Şöbəsinin sektor müdiri əvəzi tərəfindən bildirilib ki, müxalifətçi olması səbəbindən direktor olması mümkünsüz hesab edilib.

Qeyd: adam birincisi heç bir siyasi partiyanın üzvü deyil.

İkinci də, qəbula göndərilən şəxsin müxalifətçi olub-olmamasını onunla həmyaşıd olan Mədət Zeynalov bilmirdi ki?!

Hər halda bu “gedişin” bir imitasiya olduğu ağlı başında olan hər kəs üçün yetərli olmalıdır. Digər tərəfdən isə “…mən istədim, amma müxalifətçi bilib qoymadılar” fikirnin mənası elə üç saat dərsə görə qurulan “kompas” qədər iyrəncdir.

İndi təsəvvür edin, Ağstafa təhsilinə kim,nə məqsədlə rəhbərlik edir.

Faktinfo.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir