“Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçkilərinin nə vaxt keçirilməsi haqqında məlumatım yoxdur”.
Zirveyolu.info xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında AMEA-nın prezidentlik vəzifəsini icra edən akademik Arif Həşimov deyib.
O, AMEA-nın Nizmanaməsinə düzəliş və əlavələrin də ötən ay təqdim olunduğunu bildirib.
Xatırladaq ki, fevral ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçkilər keçirİlməyib.
Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın nizamnaməsinə uyğun olaraq Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Növbəti Ümumi Yığıncaqda quruma prezident seçkisinin keçirilməsi açıqlansa da, sonradan məsələnin yığıncağın gündəliyində yer almadığı bəlli olub.