Gürcüstan və Rusiya Federasiyasını birləşdirən yeganə quru sərhəd qapısı olan “Kazbegi” güclü yağışdan sonra çayların daşması və yolun çökməsi səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti bağlanıb.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Administrasiyası tərəfindən edilən yazılı açıqlamada, pisləşən hava şəraiti ilə əlaqədar “Kazbegi” sərhəd qapısında bütün əməliyyatların müvəqqəti olaraq dayandırıldığı bildirilib.