Cəmiyyət Manşet

“Küçədən uşaqları gətirib, iş gördürüblər…” – Sakinlər etiraz edir…

Mingəçevirin adı çəkiləndə ilk olaraq göz önünə səliqəli küçələr, yaşıl parklar, işıqlı şəhər gəlir. Bu şəhərdə hələ vaxtilə burada yaşamış almanların tikib qurduğu binalar, körpülər üstünlük təşkil edir. Mədəni mühiti ilə seçilən “Nur şəhər”ində rus millətindən olan sakinlər də üstünlük təşkil edir. Qışı mülayim, yayı isti keçən Mingəçevirdə son illər abadlıq və quruculuq işləri də geniş vüsət alıb.
Amma şəhərin qocaman küçələrindən olan Nəriman Nərimanov küçəsində kanalizasiya xəttlərinin nasazlığı problemlər yaradır. Sputnik Azərbaycan xəbər verir ki, 110 mənzilli beş mərtəbəli bina N.Nəriman küçəsi 38 ünvanında yerləşir. Uzun müddətdir çirkab sular zirzəmilərə axdığından, binanın girişinə pis qoxudan, həşəratlardan yaxınlaşmaq olmur. Bina sakini Şəfiqə Məmmədova Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib ki, vəziyyət o həddə çatıb ki, yaşadıqları ünvana qonaq dəvət edə bilmirlər. Gələnlər də 15-20 dəqiqə dayanıb ərazini tərk edir:
“Uzun illərdir burada yaşayıram. Binada yaşlı var, azyaşlı var inanın üfünət, çirkab suların qoxusu baş çatladır. İydən bloklara girə bilmirik. Adiyyatı qurumlara da müraciyyət edirik gəlirlər, tutulan boruları məftil salıb qurdalayırlar, onlar gedən kimi yenə əvvəlki vəziyyət yaranır. Qarşıdan isti yay günləri gəlir bizdə insanıq, iydən qoxdan dözə bilmirik. Başqa rayonlardan qohum-əqrəba qonaq gəlir deyirlər burada necə yaşayırsınız? Utandığmızdan cavab da verə bilmirik. O qədər iy-qoxu var ki, 1-ci mərtəbədən 5-ə qədər burun tutmadan qalxmaq mümkünsüzdür. Sukanal idarəsinə zəng vururuq gəlirlər, boruların altına daş düzüb gedirlər, onu da pişik girib toxunub aşırır. Yenə çirkli sular dolur zirzəmiyə. Qalmışıq çarəsiz”.
Borular dəmir idi, dəyişib yararsız hala saldılar
N.Nərimanov 38 ünvanında yerləşən 5 mərtəbəli binada acınacaqlı vəziyyət son 3-4 ildə yaranıb. Əvvəllər həmin binada kanalizasiya boruları dəmirdən olub. Onlar sıradan çıxdığından politilenlə əvəzlənib. Bina sakini Xanımbacı Cəfərova iddia edir ki,boruları düzgün quraşdırılmadığından vəziyyət bu həddə çatıb:
“Bu binanın yaşlı sakinlərindən biri də mənəm. Bura şəhərin ən sakit, ən gözəl, mərkəzə yaxın yeridir. Kanalizasiya borularımız hələ sovet dönəmindən dəmir borularla çəkilmişdi. O zaman çox yaxşı idi, heç bir problem yaşanmırdı. Nə iy, nə də həşərat var idi. Elə ki, o boruları dəyişdilər, çətin günlərimiz başladı. Düzgün qurulmadığına görə borudan su getmir. Dəmir boru olanda belə deyildi, indi lap biabrçılıqdır. Şikayət eləmədyimiz yer qalmayıb. Nə xeyri var? İstəyimiz odur bu boruları normal ustalar gətrib düzgün qursunlar”.
Binanın digər sakini Şəmsi Əliyev də qonşusunun sözlərinə həmrəy olub:
“Binamıza çəkilən borular hamsı standartdan kənardır. Küçədən uşaqlar tutub gətrib iş gördürüblər, ona görə də bizim kanalizasiya xəttlərimiz işləmir. Çünki düzgün çəkilməyib. Binaya iydən girmək olmur. Konkret olaraq kanalizasiya işləmir. Adamın evinə qonaq gəlir. Utanırıq qarşına çay çörək qoymağa. İydən dayanmaq olmur həm mətbəxdə, həm də otaqlarda. Boruları səhv kəsib, səhv düzəldiblər. Gəlsinlər düzəltsinlər bu iyi qoxu kəssinlər. Artıq dözə bilmirik”.

"Küçədən uşaqları gətirib, iş gördürüblər..."
"Küçədən uşaqları gətirib, iş gördürüblər..."

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir