Cəmiyyət Manşet

Əmrullayev Qədiməliyevi İŞDƏN ÇIXARACAQMI? – İLGİNC İDDİA

 

Əslində bu gün Gəncə regional təhsil idarəsi ətrafında cərəyan edən olaylar bütün Azərbaycan təhsil sisteminin AYIBI kimi nəzərə gəldiyindən bu məsələyə Təhsil Nazirliyi rəhbərliyi xüsusi həssaslıq nümayiş etdirməlidir. Bu barədə DİA.AZ-a TN-dəki mənbə məlumat verərəkən bildirib.

Xəbəri verən qaynaq iddia edir ki, amma buna rəğmən hal-hazırda Təhsil Naziri Emin Əmrullayev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin müdafiəsində dayanıb və mənbə bunu maraqlı formada izah edir: “Həm təhsil naziri, həm də idarə müdiri SOROS-un yetirmələridir. Ona görə də Anar Qədiməliyev nazir tərəfindən müdafiə olunacaq və bunu artıq mətbuatda idarə müdirinin müdafiəsi məqsədilə başladılan kampaniyadan da sezmək olar”.

Xatırladaq ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva intihara cəhd etmiş, buna səbəb kimi də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atmasını göstərmişdi.

DİA.AZ-a danışan mənbə bildirir ki, istənilən halda məsələ “yuxarıların” nəzərindədir və bu barədə nazirin hərhansı qeyri-səmimi davranışları ona baha başa otura bilər…

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir