Cəmiyyət Manşet

Lerik bələdiyyəsinin sədri məmur övladına məktəbli qız aldı, TOY ÇALDIRDI… – BELƏMİ NÜMUNƏ OLUR?

[center][medium]https://gundem.media/uploads/posts/2022-06/1656600081_1358940036_lerik.jpg[/medium][/center]

“Lerik şəhər bələdiyyəsinin sədri Balaşirin Nəsirov 25 iyun 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən oğlu Sadiq Mirzəzədayə təmtəraqlı toy məclisi qurub. Toy məclisi bahalı restoranların biridə təşkil edilməklə yanaşı diqqət çəkən əsas məqam məmurun öz məmur övladını məktəbli qızla evləndirməsidir”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Ölkə başçısının dəfələrlə çıxışlarında məmurlara etdiyi xəbərdarlıqlar fonunda bu cür halların baş verməsi təəssüf doğurur. İnsanların dövlətə qanunlara olan inamı günü-gündən sarsılır. Lori dildə desək kasıb bir ailədə belə bir hal baş vermiş olsaydı bütün dövlət qurumları buna səfərbər olmuş olardı. Söhbət hər hansı bir məmurdan gedirsə bu zaman iş dəyişir, qanunlar, ən başlıcası ölkə rəhbərinin tapşırıq və tövsiyələri ikinci planda durur.

Bələdiyyə sədri Balaşirin Nəsirovun gəlin gətirdiyi xanım 01 sentyabr 2005-ci ildə anadan olmuş, orta təhsilini başa vurmamış, hazırda Lənkəran rayon məktəblərinin birində təhsil alır.

Xatırladaq ki, Balaşirin Nəsirov 14 aprel 2010-cu ildə Lerik Rayon Təhsil Şöbəsinə müdir təyin edilmiş, vətəndaş müraciətləri əsasında 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən Lerik Rayon Təhsil Şöbəsində aparılmış araşdırma və yoxlamalar zamanı külli miqdarda rüşvət alma, dövlət vəsaitinin mənimsəmə faktları ilə işdən uzaqlaşdırılmışdır. Həmin dövrdə Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə toplanmış materiallar aidiyyəti üzrə baş prokurorluğa göndərilmiş, barəsində Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi açılmışdır. B.Nəsirovun dayısı, keçmiş deputat Hüseynbala Mirələmovun himayəsi altında barəsində açılmış cinayət işindən yüngül caza ilə xilas ola bilmişdir. Balaşirin Nəsirovun 1992-ci ildə 9-cu sinifdə oxuyan doğma əmisi qızı Sevinc Nəsirovaya təcavüz etməsi, sonradan onu yoxa çıxartması, hələdə barəsində heç bir məlumatın olmaması faktı da KİV-də mütamadi işıqlandırılır.

Bir mənalı olaraq bu gün hər hansı bir uşağı kimsə erkən nikaha cəlb edirsə bu həmin uşağa qarşı bir zorakılıq kimi qiymətləndirilməlidir. Sual olunur hər gün ölkənin dörd bir yanında baş verən hallar varsa buna cavabdeh olan dövlət qurumlarının xüsusən da Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi bu istiqamətdə fəaliyyəti nədən ibarətdir? Fəaliyyətlərinin nəticələri bunlardırmı?”

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir