Azərbaycan Nazirlər Şurasının qərarı ilə 01 iyul – 01 oktyabr 2022-ci il tarixləri arasında Azərbaycana və Naxçıvana sərnişinlərin girişini dayandırılıb.
Zirveyolu.info ovqat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat Türkiyə mediasında yayılıb.
Məlumata görə, İğdırda həyati əhəmiyyət kəsb edən Naxçıvan qapısının yalnız yük maşınlarına açıq olacağı, avtomobil və avtobusların giriş-çıxışlarına bağlanacağı açıqlanıb.
Iğdır valisi Hüseyin Engin Sarıibrahim də “Yeşil Iğdır” qəzetinə verdiyi açıqlamada bu faktı təsdiqləyib: “2022-ci il iyulun 1-dən oktyabrın 01-dək Azərbaycana və Naxçıvana giriş-çıxış məntəqələri bağlanıb, hava nəqliyyatı ilə daşıma davam etdiriləcək”.
Vali bildirib ki, məsələ ilə bağlı səlahiyyətli qurumları məlumatlandırıb: “Mən indi gömrüyə gedirəm. Sərhəd protokolu hazırlanacaq və biz məsələnin nədən ibarət olduğunu anlamağa çalışacağıq”.
Bildirildiyinə görə, qadağa qərarı Rusiyada Covit-19 pandemiyasının başqa bir versiyasını əsas gətirərək verilib, qapıların təxminən iki ay bağlı qalacağı, lakin İstanbul – Bakı və İstanbul Naxçıvana uçuşlar həyata keçiriləcək.
Iğdır vilayət nümayəndəsi Cabbar Şıktaşın fikrincə, “bu qərarın İğdırda həyata mənfi təsir edəcəyi qaçılmaz bir həqiqətdir və gündəlik sərnişin gediş-gəlişi, tələbə tranzitləri və ticarət əlaqələri ciddi şəkilfə pozulacaq: “Məlum olduğu kimi, ölkəmizdə TL pul vahidi manat qarşısında çox aşağıdır. Orta hesabla 1 manat 10 TL-dir. Bu səbəbdən xüsusilə naxçıvanlılar gündəlik ehtiyaclarını İğdırdan alırlar. Bu, həm naxçıvanlılar, həm də İğdırlı tacirlər üçün yaxşı ticarət fəaliyyəti yaratdı. Pandemiya səbəbiylə yenidən bağlanan qapının 01 oktyabr 2022-ci il tarixində açılacağı şübhəli görünür”.
Cabbar Şıktaş bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin bu qərarı aztəminatlı insanları böyük bəlaya salacaq: “Hər bir sərnişin hava yolu ilə gedə bilməz. Məncə, İstanbuldan Bakıya bir tərəfli uçuş 500 dollara başa gəlir. Bu pulu hər kəsin verməsi mümkün görünmür”.