Cəmiyyət Manşet

Pirverdiyevin örüş, sürü və baytar biznesi: milyonları necə sovururlar? – İLGİNC

 

Hazırda Siyəzən rayonunun Beşdam bələdiyyəsinin 1100 hektar ərazisi “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin, daha dəqiq desək, onun qoyun sürülərinin sərəncamına verilib. Onu da vurğulayaq ki, Siyəzən rayonunun adıçəkilən bələdiyyəsinə Beşdam, Dərəzarat, Nardaran və Siyəzən kəndləri daxildir.

Zirveyolu.info  publika.az-a istinadla xəbər verir ki, bu bələdiyyənin sədri Rəna Sadir qızı Quliyevadır.

Məlumata görə, Etibar Pirverdiyevin heyvandarlıq biznesini 1100 hektarlıq örüş sahəsində Rabil Ədalət oğlu Paşayev adlı şəxs idarə edir. Bildirilir ki, Rabil Paşayev heç bir sənəd olmadan rayon ərazisindəki torpaqları başqa-başqa adamlara icarəyə verir. Buna misal olaraq, 200 hektar ərazini Quba rayonundan olan fermer Qorxmaz Yadigarova və onun qudası Ənvərə icarəyə verdiyi vurğulanır.

İddialara görə, Pirverdiyevin dəstəsi bu heyvandarlıq biznesini, yəni adı çəkilən təsərrüfatları bir neçə yerdə qeydiyyatdan keçirərək, dövlət tərəfindən ayrılan pulları mənimsəyirlər.

Ən dəhşətlisi odur ki, bir qoyunu 2 yerdə qeydiyyatdan keçirirərək manipulyasiya yolu ilə külli miqdarda pul qazanırlar. Mənbələrimiz hətta qoyunlar və mal-qaraya baytarlıq xidməti üçün də dövlətdən kifayət qədər vəsait alındığını iddia edirlər. Hansı ki, bu dərmanlar fermerlərə dövlət tərəfindən güzəştli verilir. Seyfulla həkim isə “sarılığa” qarşı pulsuz vurulmalı iynənin birini 1 manata satır.

Adıçəkilən baytarın 10 000-20 000 baş qoyuna dövlətin verdiyi iynələri vurdurub, 10 minlərlə pul qazandığı bildirilir. İddialara görə, Siyəzəndə 60 000 manata örüş yeri satanlara da rast gəlinir. Bütün bunlar Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun gözünün qarşısında baş verir.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir