“Avtodetal” mağazalar şəbəkəsi ilə bağlı araşdırma apararkən şirkətin rəhbərlərindən birinin geniş müsahibəsinə rast gəldik.
Deməli, şirkətin rəhbərliyi xüsusi olaraq vurğulayır ki, çoxunuz avtomobilin sadə mexanizm olduğunu düşünürsünüz: “ Ancaq bu sadə mexanizmdə bir səhv hərəkət, bir səhv detal qəzaya, hətta ölümə səbəb ola bilər. Ona görə də avtomobilinizə qulluq edərkən hər bir detala ayrıca diqqət göstərməlisiniz”.
Şirkət rəhbəri bir məsələyə xüsusi önəm verir və deyir ki, “Avtodetal” Mağazalar şəbəkəsi olaraq, ORİJİNAL məhsullara üstünlük veririk. İllərin təcrübəsinə dayanaraq xaricdən məhsul gətirərkən orijinal olmasına diqqət yetiririk.
Amma, məlum olan odur ki, “Avtodetal”ın alıcılarının çoxu satılan ehtiyyat hissələrinin orijnal deyil, saxta və keyfiyyətsiz olduğunu düşünürlər.
Daha doğrusu, ehtiyyat hissələri orijinal adı altında satılsa da əslində saxta və keyfiyyətsiz olur.
Məlumat üçün qeyd edək ki, hazırda şirkətin bütün ölkə üzrə 8 filialı fəaliyyət göstərir: Babək, Yasamal, Biləcəri, Mikrorayon, Neapol, Bakıxanov, Sumqayıt, Masallı.
Bir az da şirkətin yaranması ilə bağlı mübahisələrə nəzər salaq.
Məlumdur ki, “Avtodetal”ın işçiləri vaxtilə “Ştutqart” şirkətinin işçiləri olublar.
Bu barədə Nəriman Əliyev də öz geniş açıqlamasında bildirib ki, ondan ayrılıb “Avtodetal” mağazalar şəbəkəsini quranlar vaxtilə “Ştutqart” şirkətinə milyonlarla vəsait atıblar.
Və “Ştutqart”ın ehtiyyat hissələrinin hesabına mağazaları işə salıblar.
Bütün bunlar azmış kimi “Avtodetal” MMC-nin sahibi, vaxtilə Ştutqart-ın direktoru olan Əfqan Abdullayev hazırda köhnə şirkətin müştərilərini ələ keçirmək üçün Ştutqart-ın mağazalarının yanında özü üçün alternativ mağazalar alır.
Bu günlərdə aldığımız xəbərə görə, “Avtodetal” MMC-nin sahibi Əfqan Abdullayev törətdiyi cinayətlərə görə həbs olunub. Hal-hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında cəza çəkir. Xatırladaq ki, Əfqan Abdullayev bir neçə şəxsin 13 milyon manatını aldatma yolu ilə ələ keçirmişdir. Ondan əlavə Əfqan Abdullayevin 7 milyon vergi borcu vardır.
Xatırladaq ki, “Avtodetal”ın bütün filialları Hüquq Mühafizə Orqanları tərəfindən möhürlənib. Bildiyimizə görə, “Avtodetal” MMC-nin bütün məsuk şəxsləri məsuliyyətə cəlb oluna bilər.
Xatırladaq ki, bir müddət öncə “Gündəlik Bakı”da Əfqan Abdullayev həbs oluna bilər yazısı dərc olunmuşdur. Həmin vaxtlar, Əfqan Abdullayevin rəhbərlik etdiyi müəssisədə yoxlamalar gedirdi. “Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilmişdir.
Və “ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilmişdir.
Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla “Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsin”.
İndi gördünüzmü, “AVTODETAL”ın sahibi olan Əfqan Abdullayev “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” qaydasından istifadə edərək, Ştutqartı-ın hesabına özünə şirkət yaradıb.
Beləcə, Əfqan Abdullayev vaxtilə direktoru olduğu şirkətə təkcə milyonlarla ziyan vurmayıb, həm də onun xeyli sayda müştərisini, alıcısını ələ keçirməyə çalışıb.
Sözün düzü, biz bir media olaraq kiminsə tərəfini tutmağı düşünmürük. Amma…
Əmması odur ki, “Avtodetal” mağazalar şəbəkəsinin sahibi olan şəxslər vaxtilə yemək yedikləri qaba….
Bu isə yolverilməzdir.
Bəli, “Gündəlik Bakı”nın yazdıqları həmişə doğru olub, öz təsdiqini tapıb. Ona görə də, biz yazdıqlarımız həmişə araşdırılsa daha yaxşı olar.
Mövzunu diqqətdə saxlayacağıq. //gundelik-baku.com//