Cəmiyyət Manşet

Neftçala sakinləri KİMDƏN VƏ NƏDƏN NARAZILIQ EDİR?..

“Torpaq bölgüsü zamanı mənə verilən əkin sahəsi köhnə Rus-tatar qəbristanlığındadır. İndi mən qəbristanlığı necə əkim? Belə bölgü olmaz, Tatarməhlənin örüş və əkin sahələri yenidən, ədalətli formada bölünməlidir”.

DİA.AZ xəbər verir ki, Neftçala rayon Tatarməhlə kəndinin sakinlərinin torpaq problemi var. Bu barədə DİA.AZ-a yazan sakinlər torpaq islahatı baş verən zaman bölgünün səhv aparıldığını deyirlər. İddia edirlər ki, kənd sakinlərinin örüş sahəsi imkanlı adamlara satılıb.

“Heyvanı ötürürük otlamağa, saat 12 olmamış qayıdıb gəlir. Çünki otlamağa yer yoxdur. Ancaq taxıl sahələri biçildikdən sonra heyvanlarımız otlamağa fürsət tapır. Özümüzə qalsa bir qarış da otlaq sahəmiz yoxdur. Dəfələrlə bu problemlə bağlı aidiyyatı qurumlara, hətta Kənd Təsərrüfatı Nazirliyinə də, müraciət etmişik, problemimiz isə bu günə qədər həll olunmayıb”, -Tatarməhlə sakini bildirir.

Neftçala sakinləri KİMDƏN VƏ NƏDƏN NARAZILIQ EDİR?..

“Bizi elə vəziyyətə salıblar ki, dərdimizə çətin çarə tapıla. Demək torpaq bölgüsü olan zaman bələdiyyə sədri məmurlara nizamlı, daha münbit torpaqdan pay verdi. Onlara verilən pay torpağının hamısı eyni cərgədə, kənd camaatına, qısmən kasıb adamlara isə pərakəndə formada. Təsəvvür edin, mənim ailəmə 5 ha torpaq sahəsi düşürsə bunun 2 hektarı bir yerdədi, 1 hektarı başqa yerdə, qalan 2 hektarı isə pay torpaqları üçün nəzərdə tutulan sahənin tamam başqa səmtində. İndi bu bölgüdə ədalət axtarsaq, taparıqmı?”, -başqa bir sakin narazılığını belə ifadə edir.

“Torpaq bölgüsü zamanı mənə verilən əkin sahəsi köhnə Rus-tatar qəbristanlığındadır. İndi mən qəbristanlığı necə əkim? Belə bölgü olmaz, Tatarməhlənin örüş və əkin sahələri yenidən, ədalətli formada bölünməlidir”, – torpaq bölgüsündən narazı qalan digər Tatarməhlə sakini belə deyir.

Sakinlərin sözlərinə görə dəfələrlə telekanallara müraciət ediblər, onlar da gəlib kəndin torpaq problemi haqda sujet hazırlayıb, yayımlayıblar. Buna baxmayaraq heç bir rəsmi qurum məsələyə reaksiya verməyib.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir