Sabiq deputat, jurnalist Etibar Hüseynov 2 çaynik çaya görə 33 manat pul ödəməli olub.
E.Hüseynovu dostu ilə “Atatürk” parkındakı çayxaya getməyə peşman ediblər.
“Dünən bir dostumla “Gənclik”dəki “Atatürk” parkında çay içməli olduq. Sonunda 2 çay və 1 ləbləbiyə (dostum diabet olduğuna görə gətirilən mürəbbəni ləbləbi ilə dəyişməyi xahiş etdi – əksər yerlərdə verilən standart qabda olan adi ləbləbi idi) 33 manant pul aldılar. Çek-filan da istəməsən gətirmirlər. Dediyim ondadır ki, bu hal hələ ölkəyə turist axını 0 səviyyəsində olan bir vaxtda baş verir; gör indi turist bol olarsa nə qiymətlər olar?”, -deyə sabiq deputat etirazını ifadə edib.
E.Hüseynov deyir ki, qiymətlərin belə yüksək olma səbəbini çay evinin administratorundan soruşub və tutarlı cavab ala bilməyib: “Dedi ki, “belədi də””.
O, ölkənin ticarət sektorunda bir özbaşnalıq hökm sürdüyünü vurğulayıb:
“Kim nəyi, neçəyə istəyir satır. Heç bir qorxacaq-çəkinəcək ünvanları da yox. Bax ona görə də qısa vaxtda yenicə vüsət almış turist axınının axırına çıxdılar.
Valyuta.az