Cəmiyyət Manşet

Fuad Həziyev nədən bu qədər matah olub… – MÜRACİƏT

SOCAR-ın adının çəkilməsini istəməyən, faktiki olaraq şirkətdə çalışan və Hans Anderson adlı şikayətçi bu dəfə Prezident İlham Əliyevə və surəti SOCAR-ın rəhbəri Rövşən Nəcəfə, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova, həmçinin Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlıya və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciət qəbul edib. Hans Anderson yazır:

«Cənab Prezident!

Hörmətli cənablar!

Son günlər ölkə gündəmini zəbt etmiş SOCAR Təchizat İdarəsinin rəis müavini Fuad Həziyev haqqında məlumatlara ölkənin hüquq mühafizə orqanlarının və SOCAR səlahiyyətlilərinin hərəkətsizliyi bəzi suallara səbəb olur. Axı necə ola bilər ki, cənab Prezident hər çıxışında korrupsioner məmurlara qarşı amansız mübarizə aparmaq tapşırığı verir, amma məmurlar prezidentin bu tapşırığına əməl etmirlər? Bu da cəmiyyətdə əlavə sualların yaranmasına səbəb olur.

Cənab Prezident!

«BAKU Sprits» MMC Fuad Həziyevə məxsus bir sirkətdir. Qanuni təmsilçisi Hüseynov Alxas Niyətəli oğludur. Hüquqi ünvanı İsmayıllı rayonunun Kurtmaşı kəndidir(VÖEN- 5401324861).

Bildirirəm ki, Alxas Hüseynov SOCAR Təchizat İdarəsində böyük mühəndis vəzifəsində çalışır. Aylıq əməkhaqqı 2916 manat təşkil edir (İD nömrəsi 4120105).

Cənab Prezident!

Hörmətli cənablar!

SOCAR Azərbaycan iqtisadiyyatının onurğa sütunu rolunu oynayır. Bu şirkəti məhv etmək Azərbaycan Dövlətçiliyinə xəyanətdir. Onu daxildən parçalayır, talayırlar və gözdən salırlar, korrupsiya yuvası kimi cəmiyyətə təqdim edirlər. Necə ola bilər ki, keçmiş vitse-Prezident Mikayıl İsmayılovun himayə etdiyi Fuad Həziyevə batan yoxdur? Mikayıl İsmayılov kimdir ki, SOCAR kimi bir nüfuzlu şirkətdə hələ də istədiyini edir?

Cənab Prezident, bir daha xahişim budur ki, təqdim edilən sənəd və sübutları nəzərə alaraq bu korrupsioner məmurlara qarşı qanunun ən sərt gücü ilə tədbir görülsün.

Növbəti məktubumda SOCAR tarixində qara ləkə hesab olunacaq SOCAR Təchizat İdarəsinin rəis müavini, rəsmi olaraq milyoner kimi qeydiyyata alınan, bir neçə şirkət və bankın səhimdarı olan Aslan Xasiyevə məxsus «Capital Motors» MMC barədə məlumat və rəsmi sənədləri təqdim edəcəyəm. Gümanımız Sizədir, cənab Prezident! İndi Qarabağdakı quruculuğa vəsait axtarılan bir vaxtda, bu korrupsionerlərin indiyədək topladığı varidat yetərli dəstək ola bilər. Bu faktları təqdim etməkdə məqsədim Sizin korrupsiyaya qarşı mübarizə çağırışlarınıza vicdanla dəstək verməkdir».

Redaksiyadan: məktub, həmçinin tərəfimizdən Prezidentin tvitter səhifəsinə, eləcə də aidiyyəti dövlət qurumlarının elektron poçtuna göndərildi.

Yazıda adı çəkilənlərin də mövqeyini dinləməyə və çap etməyə hazırıq.

«Təzadlar»ın Araşdırma Qrupu

Fuad Həziyev nədən bu qədər matah olub...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir