Cəmiyyət Manşet

Laçındakı ermənilərin nazı ilə ÇOX OYNAYACAĞIQ? – AKTUAL

Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra da Rusiya hərbi kontningentinin himayəsi altında mövcudluğunu qoruyub saxlayan Xankəndindəki separatçı-terrorçu erməni rejimi özbaşına qərarlar qəbul etməkdə davam edir.

Bir müddət öncə yazdığımız kimi, Azərbaycan tərəfindən axtarışa verilmiş Arayik Arutyunyanın kriminal xuntası alternativ yolun istifadəyə verilməsindən sonra Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşmış hayların Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürülməsi haqda qərar verməyə çalışır.

Zirveyolu.info moderator.az-a istinadla xəbər verir ki, Azərbaycan tərəfinin susqunluğundan ruhlanan separatçı rejim daha irəli gedərək Laçın şəhərində qeyri-qanuni məskunlaşmış 50 erməni ailəsinə “təhlükəsizlik və kommunikasiya baxımından yaşamaq və düşmən hücumlarından qorunmaq üçün daha əlverişli olan” Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçməyi təklif etmək qərarına gəlib.

Bu haqda Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

“Bir neçə həftə əvvəl baş nazir N.Paşinyan keçirdiyi mətbuat konfransında Laçından yan keçən yolun istifadəyə verilməsindən sonra keçmiş DQMV-nin sərhədlərinə daxil olmayan ərazilərin Azərbaycana veriləcəyini bəyan edərək Laçın şəhəri, Zabux və Sus kəndlərinin də Azərbaycanın nəzarəti altına keçəcəyini təsdiqləmişdi” – erməni qəzeti belə yazır.

Zəruri şərh:

Məlumdur ki, separatçı-terrorçu erməni rejimi 1991-ci ildən bəri məhz Kremlin himayəsi ilə təşkil edilib. 30 il ərzində də bu qondarma qurum əsasən Moskvadan verilən komandalarla idarə olunub. Bu gün də- Azərbaycan 44 günlük savaşda torpaqlarının əksər hissəsini öz nəzarətinə qaytardıqdan sonra Rusiya imperiya ideoloqları hər vasitə ilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərindən bəri kütləvi şəkildə köçürdüb yerləşdirdikləri hay toxumunun kökünün kəsilməməsinə, hətta Ermənistanla sülh sazişinin imzalanmasından sonra da gələcək təxribatlar üçün onların say tərkibinin mümkün qədər çox qalmasına çalışır…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir