Cəmiyyət Manşet

Atası həbsdədir, oğlu da dinc durmur… – GİLEY

Şəmkir rayonu deyəndə, ən çox keçmiş Vergilər Naziri Fazil Məmmədov və onun yaxın qohumu adı bir çox dələduzluq əməllərində hallanan, Şəmkir rayonunun keçmiş icra başçısı, hal-hazırda həbsdə olan Alimpaşa Məmmədov yada düşür. Bəli, Şəmkir rayon İcra Hakimiyyətinin büdcə pulları hesabına, özünə dəbdəbəli həyat tərzi quran Alimpaşa Məmmədov. O Alimpaşa Məmmədov ki, Şəhidlər Xiyabanının təmir olunmasında özünə milyonlar qazanaraq, işçilərin pulunu verməyən məmur!!! Nə isə, bu faktlar saydıqca qurtarmır, bitmir-tükənmir.
Alimpaşa Məmmədovun həbs olunaraq, işdən azad olunması Şəmkir və ətraf rayonların camaatını bir qədər sevindirsə də, bir müddətdən sonra Alimpaşa Məmmədovun oğlu, Adil Məmmədovun hərəkətləri camaatda ikrah hissi yaradır. Budur, indi söhbət açacağımız mövzuda hər şey öz təsdiqini tapır.
Şəmkirdə “Azfarel” MMC kimi tanınan, farel balıqlarının satışı ilə məşğul olan Adil Məmmədov müştərilərə ölü balıq satır. Hər kq-nı 12 manatdan satan Adil Məmmədovun fırıldaqları sərhəd tanımır. Alimpaşa Məmmədovun oğlu, Adil Məmmədovdan bu tipli hərəkətlərdən başqa, heç nə gözləmək olmazdı. Adil Məmmədov yaratdığı balıqçılıq təsərrüfatına Şahin adlı şəxsi direktor təyin edərək, ətraf rayonların balıqçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlarını aldadaraq, onları külli miqdarda ziyana salır. Haqqını tələb dən şəxsləri isə 102 xidməti ilə hədələyir. Gədəbəy rayonundan olan tanınmış sahibkar, xeyriyəçi iş adamı Oktay Əliyev redaksiyamıza zəng edərək bildirib ki, “Azfarel” MMC-nin bizə satdığı balıqların hamısı ölü çıxıb. Hal-hazırda həbsdə olan Alimpaşa Məmmədovun oğlu, Adil Məmmədov atasına məxsus balıqçılıq təsərrüfatından nəqd pulla bizə 500 kq gölə tökmək üçün balıq göndərib.
Nəzərinizə çatdıraq ki, balıqçılıq təsərrüfatının başqa yerə göndərmək üçün xüsusi maşınları var. Biz həmin maşınlar vasitəsilə balığın bizim gölə çatdırılmasını sifariş vermişdik. Onlar isə balıqların mənzil başına sağ-salamat çatdırılmasını öz üzərlərinə götürmüşdülər.
Onu da bildirək ki, balıq bir yerdən başqa yerə getməsi üçün ac qarına olmalıdır, amma Oktay Əliyevin göndərdiyi videodan məlum olur ki, satılan balıqlar yemək veriləndən sonra bir yerdən başqa yerə köçürülüb.
Sahibkar Oktay Əliyev bildirir ki, Alimpaşa Məmmədovun oğlu Adil Məmmədovla aramızda söhbət oldu ki, sizdən 10 tona yaxın balıq alacağıq, hər kq-na 12 manat ödəmək şərti ilə. İlkin olaraq 1-ci maşında 500kq gətiriblər. Gətirilən balıqlar ölü imiş. Biz həmin ölü balıqları salafana yığaraq, gətirib Alimpaşa Məmmədovun oğlu Adil Məmmədovun balıqçılıq təsərrüfatına tökdük. Adil Məmmədov həmin “Azfarel”ə təyin etdiyi Şahin adlı şəxs bizi qəbul etmir, qaçıb gizlənir. Hal-hazırda mən DİN-in 102 xidmətinə məlumat vermişəm, hüquqlarımızın müdafiə olunmasını dövlətimizdən xahiş etmişəm.
Bizi içəri buraxmırdılar, biz də gətirdiyimiz balıqları obyektlərinin qabağına tökdük, sonra içəri keçdik. Biz hal-hazlrda içəridəyik, Alimpaşa Məmmədovun oğlu, Adil Məmmədov bizi şantaj edir, bizə dəymiş ziyanı ödəməyəcəyini bildirir, hətta deyir ki, guya biz onun obyektinə basqın etmişik.
Hal-hazırda biz orada olduğumuz dövrü videoya çıkmişik və işçilərdən onlara bizim tərəfimizdən hər hansı bir işçiyə hansısa bir mənfi fikrin səsləndirilməməsi haqqında video materiallarımız var.
Mən sizin vasitənizlə cənab, Prezidentimiz İlham Əliyevə müraciət edərək, mənim pozulmuş hüquqlarımı və dəymiş zərərin ödənilməsinə göstəriş verməsini xahiş edirəm. Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov barəsində isə hüquqi müstəvidə araşdırma aparılmasını istəyirəm. Araşdırmalarımız davam edir, mövzunu diqqətdə saxlayacağıq. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir