Cəmiyyət Manşet

Fəzail Ağamalının qızı Bakıda böyük obyekt tikdirir – FOTOFAKT

Bu il iyun ayının 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək obyektin tikintisinə icazə verib.
Zirveyolu.info  yeniavaz.com-a istinadla xəbər verir ki, ümumi sahəsi 617,24 kv. metr olan obyektin sifarişçisi Günay Fəzail qızı Ağamalıdır.
Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) inşa olunacaq obyekt Tibb Universitetinin yaxınlığnda yerləşir.
Məlumat üçün bildirək ki, Günay Ağamalı millət vəkili Fəzail Ağamalının qızıdır. Hazırda “Buta” uşaq bağçasının rəhbəri olan Günay Ağamalı ixtisasca psixoloqdur. Günay Ağamalı eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.
Onu da qeyd edək ki, Komitənin 617 kv. metrlik obyektin tikintisinə icazə verməzdən cəmi 1 həftə əvvəl 5 dəfə milliət vəkili seçilən, 1993-94-cü illərdə əmək və əhalinin sosial müdafizəsi naziri olan Fəzail Ağamalı mətbuata verdiyi açıqlmada deyib ki, yüksək əmək haqqı alan bir insan kimi imkan edib yeni çıxan meyvələrdən ala bilmir: “Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”. Deputatın bu açıqlaması sosial şəbəkələrdə və mətbuatda uzun müddət müzakirələrə səbəb olub.

Fəzail Ağamalının qızı Bakıda böyük obyekt tikdirir

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir