Cəmiyyət Manşet

Daha bir məktəbdə rüşvət qalmaqalı: müəllimin səsyazısı yayıldı – VİDEO

Sumqayıtda məktəblərdən birində müəllimə aid olduğu iddia edilən qalmaqallı səs yazısı yayılıb. Belə ki, səs yazısında məzun olan şagirdin valideynindən atestat verilməsi üçün pul istənilir. Üstəlik valideyndən təmir pulu adı ilə 7 manat da tələb olunur.
Orta məktəbi bitirən şagirdin valideyninə səs atılaraq atestat və digər işlərlə bağlı pul tələb edilib.
Müəllimə aid olduğu iddia edilən səs yazısında digər şagirdlərdən də eyni məbləğdə pul tələb olunur.
Hadisənin Sumqayıt şəhərindəki məktəblərdən birində baş veridiyi bildirilir.
Abşeron -Xızı Regional Təhsil idarəsindən bildirilib ki, səs yazısından xəbərləri var. Buna görə artıq araşdırmalara başlanılıb.
Təhsil idarəsindən o da qeyd edilib ki, əgər fakt öz təsdiqin taparsa müəllim haqda qanuna müvafiq olaraq tədbir görləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir