İdman

La Liqa Mbappe ilə PSJ-nin müqaviləsinin ləğvi üçün məhkəməyə üz tutdu

La Liqa Kilian Mbappe və PSJ arasındakı müqavilənin ləğvini tələb edib.

İspaniya çempionatının nümayəndələri Paris İnzibati Məhkəməsinə müraciət edərək hücumçunun bu yay uzatdığı müqaviləyə xitam verilməsini istəyirlər.

Bundan əlavə, La Liqa iyun ayında PSJ-yə qarşı maliyyə hesabatları ilə bağlı heç bir iddiası olmadığını açıqlayan Fransa Milli Klub İdarəçiliyinə Nəzarət Departamentinin qərarının ləğv edilməli olduğunu iddia edir.

Hər iki ərizəyə dərhal deyil, bir qədər sonra baxılacaq.

Qeyd edək ki, Mbappenin uzun müddət ərzində La Liqa klubu olan Madrid “Real”ına keçəcəyi və futbolçu ilə komanda arasında razılığın əldə olunduğu bildirilsə də, son anda PSJ rəhbərliyi futbolçuya fantastik şərtlər təklif edərək onu fikrindən daşındırıb. Madrid təmsilçisi və La Liqa rəhbərliyi Fransa klubunun bu addımının qanuna və idmanda qəbul edilmiş ədalətli davranış prinsiplərinə zidd olduğunu bəyan edib.

Mənbə: sports.ru

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir