Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni qətlə yetirən Teçuya Yamaqami həbs edilib.
Zirveyolu.info “Kyodo” agentliyinə istinadən xəbər verir ki, ölkənin Nara Rayon Məhkəməsi bu barədə qərar verib.
Məhkəmə prosesinin noyabrın sonuna qədər davam edəcəyi gözlənilir. Məhkəmə Yamaqaminin törətdiyi cinayətə görə məsuliyyət daşımağa qadir olub-olmadığını müəyyən edəcək.
41 yaşlı Yamaqamiyə psixiatrik ekspertiza təyin olunub.
Xatırladaq ki, iyulun 8-i Şinzo Abe Nara şəhərində çıxışı zamanı güllələnib. Xəstəxanaya çatdırılan Abenin həyatını xilas etmək mümkün olmayıb. Ona atəş açan Teçuya Yamaqami isə hadisə yerində saxlanılıb. Yamaqaminin Abeyə əldəqayırma odlu silahdan atəş açdığı bəlli olub.