Cəmiyyət Manşet

Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov kimin sifarişini icra edir?

JURNALİST ZAUR MİRZƏZADƏNİN İŞİNDƏ QƏRƏZ: ŞİKAYƏTƏ BAXILMIR
Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun 17 may 2022-ci il tarixli hökmü ilə jurnalist Zaur Mirzəzadə təhrif olunmuş sübutla həbs olunub. Ailəsinin verdiyi məlumata görə artıq bununla bağlı 3 saylı vəkil bürosunun üzvü, Zaur Mirzəzadənin vəkili Kamran Musayevin Ali Məhkəməyə kassasiya şikayəti Apellyasiya məhkəməsi tərəfindən təqdim olunub. Lakin bu günə qədər hakim Faiq Qasımov tərəfindən laqeyd yanaşma davam edir və bu da bir daha sübut edir ki, heç bir hüquqi fakt olmadan hökm çıxarmış hakim kimlərinsə sifarişini icra etməkdədir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zaur Mirzəzadənin təqsirsizliyi sübut olunaraq ona bəraət verilmişdir.

Xalq.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir