Cəmiyyət Manşet

Göygölün təzə başçısı sərxoş işçisini NİYƏ CƏZALANDIRMADI? – VİDEO

Bir neçə gün öncə Göygöl rayon Balçılı kənd icra nümayəndəsi Abuzərov Altay sərxoş olaraq 10 EG 770 dövlət qeydiyyatında olan avtomobilə kənd təsərrüfatı aləti olan yaba ilə hüçum edib.

Zirveyolu.info  hurriyyet.az-a istinadla xəbər verir ki, icra nümayəndəsi maşına çoxsaylı zərbələr endirərək, yararsız hala salmışdır.
Bununla bağlı Göygöl İcra Hakimiyyətinə, Göygöl rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə rəsmi sorğu göndərsək də, indiyədək Göygöl rayon Balçılı kənd icra nümayəndəsi əlində yaba ilə gəzir, belə desək, sanki “yabalamağa” yeni adam və ya maşın axtarır. Buna nə ad vermək olar?
Hurriyyet.az-ın təqdim etdiyi video-lentdən də aydın görünür ki, bu şəxs işlədiyi icra orqanının nüfuzuna ləkədən başqa bir şey deyil. Cəmiyyətə ziyan vuran belə bir şəxsin dövlət qulluğunda, icra orqanında saxlanılması yoverilməzdir.
Göygöl rayon İcra Hakimiyyətinin Balçılı kənd nümayəndəsi Abuzərov Altay haqqında cəza tədbiri niyə görülmür? O, xuliqanlıq əməlləri törətməyinə baxmayaraq hələ də Balçılı kənd nümayəndəsi vəzifəsində işləyir.
Göygöl rayonuna yeni təyin olunmuş başçısı Elvin Paşayevin mövqeyini dinləməyə çalışsaq da, İcra Hakimiyyətində zəngimizə cavab verən tapılmadı.
Mövzuya qaydacağıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir