Cəmiyyət Manşet

Abel Məhərrəmovun GİZLİ ZAVODU ÜZƏ ÇIXDI – İLGİNC İDDİALAR…

Xatırladaq ki, bu yaxınlarda Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən, siyasi “tost” deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmov yaxın günlərdə YAP-dan uzaqlaşdırılaraq ciddi cəzalandırılacağı gözlənilir. O, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə özünü bağışlatdırmağa çalışsa da, buna müvəffəq ola bilməyib. Keçmiş rektor da eynilə deputat Siyavuş Novruzov kimi günahı Ramiz Mehdiyevin üzərinə yıxmağa çalışıb. Bildirib ki, Mehdiyev ona zəng edib toya dəvət edəndə Prezidentin bundan xəbərinin olduğunu, ondan xeyir-dua aldığını deyib. Guya, məhz buna görə də, o, toyda iştirak etməyə qərar verib. Amma onun bu izahı vəziyyəti dəyişməyib. Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin qız nəvəsinə toy etməsi siyasi skandala səbəb olub. Əvvəlcə onun kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası qandallanaraq həbs olunub. Sonra isə toyda iştirak edən vəzifəli şəxslər cərimələnib. Deputat Siyavuş Novruzov isə YAP-dan istefa verib.
Bu yaxınlarda 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı və xaricdəki mülkləri ilə bağlı aktualxeber.az-da məqalə dərc etmişdik. Xatırladaq ki, həmin məqalədə aşağıdakı əmlakları qeyd etmişdik:
1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)
3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
6. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
7. BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək Abel Məhərrəmovun otel və restoranlarında yerləşdirilib.
A. Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1) “Lamborghini”
2) “Bentley”
3) “Porsche Cayenne”
4) “Land Rover”
5) “Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min avro dəyərində ölçülür)
6) “Audi Q7”
7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9) “BMW X6” (son model – qiyməti 200 min avro)
10) “BMW -760” (qiyməti 400 min avro)
Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
1) Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;
2) Quba rayonunda 1 villa;
3) Xızı rayonunda 1 villa;
4) Nabranda 1 villa;
5) Şüvəlan qəsəbəsində 1 villa;
6) Mərdəkan qəsəbəsində 1 villa;
7) AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
Şərifzadə küçəsində yerləşən ev.
– Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası.
– 8-ci mikrorayonda daha bir restoranı
– N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
Aktualxeber.az-a yeni daxil olan məlumatlara görə A. Məhərrəmovun mətbuatda indiyə kimi adı hallanmayan daha bir neçə əmlakları var. Bunlara Moskvadakı böyük biznesi və orada aldığı bir kv.m 25.000 dollara olan bahalı mənzil, Çində mebel fabriki də var. Həmin bizneslərə qohumu Amil Məhərrəmov nəzarət edir.
Bundan əlavə akademik özəl həyatına da pullar əsirgəmirmiş… Belə ki, ona yaxın olan xanımlara lüks şərait yaratmaq onun xobbisinə çevrilibmiş.. Buna BDU-nun iki xanım əməkdaşı üçün edilənləri misal çəkə bilərik. Filoloq alim Səidə Abbasova və tarixçi dosent Gövhər Rizayevanın Abel Məhərrəmova yaxın insanlar olduğu BDU-da hamıya məlumdur. Onların müdafiəsindən tutmuş mənzillərinə, maşınlarına, obyektlərinə və digər qayğılarına keçmiş rektorun sayəsində nail olduqları heç kimə sirr deyildir. Yüzlərlə mənzilə ehtiyacı olan BDU-nun hörmətli alimləri evsiz qaldığı halda hər iki xanıma BDU-nun əməkdaşları üçün tikilən yeni binada 400 kv.m-lik tam təmirli mənzil hədiyyə edən akademik onlara 80.000 dollarlıq bahalı avtomobillər də hədiyyə edibmiş…BDU-da hamıya “yuxarılardan mənə bu xanımları tapşırıblar deyə edirəm” deyə gözdən pərdə asmağa çalışan Abel müəllimin əsil xisləti əslində hamıya məlum idi. Bu siyahını uzada da bilərik…
Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında hərəkət keçərək Abel Məhərrəmov kimilərin dövlətdən oğurladıqlarını tezliklə müsadirə edərək büdcəyə geri qaytaracaqlar.[b](aktualxeber.az)[/b]
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir