Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət – əsl “tender çempionu” aşkar edilib.
Zirveyolu.info FED.az-a istinadla xəbər verir ki, bu – «HN Construction» MMC-dir (VÖEN: 1304302851).
Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır.
«HN Construction» MMC-nin bütün tenderləri “MİDA” MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.
Qeyd edək ki, şirkət əsasən yaşayış evlərinin, binaalrın tikintisi və avadanlıqlarla təchiz edilməsi işlərinin satın alınması işləri üzrə xidmət göstərir.