Ötən yazımızda “Antisanitariya rayon sakinlərini üfunət qoxusundan zara gətirib” başlıqlı yazı dərc etmişdik. Dərc olunan yazıya Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi mövqe də bildirilmişdi.
Rayon İcra Hakimiyyətinin göndərdiyi rəsmi mövqedə qeyd olunurdu ki, “GundemXeber, salam. Bildiririk ki, Beyləqan şəhərində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi üçün rayon kommunal müəssisələri kombinatının 39 nəfər, “DOST İş Mərkəzi”MMC-nin isə əraziyə təhkim olunmuş 96 nəfər əməkdaşı xidmət göstərir. Məişət tullantıları üçün yeni konteynerlərin qoyulması və tullantıların daşınması üçün kommunal təyinatlı texnikanın alınması məqsədilə aidiyyatı üzrə sifariş verilmişdir. Beyləqan şəhərində olan parklara, yaşıllıq ərazilərinə qulluq göstərilməsi və şəhərin məişət tullantılarından təmizlənməsinə məsul olan qurumların fəaliyyətinə rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət edilir.”
Belə bir açıqlamadan sonra, rayon sakinləri yenidən redaksiyamıza foto və məlumat göndərərək bildiriblər ki, rayonda problemlər hələ də bitməyib. Beləliklə, rayon sakinlərinin redaksiyamızı göndərdikləri məlumatı da təqdim edirik: “Bizim rayonun problemləri bitmir ki, bitmir! Bu haqda Prokurora, İcra Hakimiyyətinə nəzarət edən şəxslərə 1111-ə Prezident aparatına dəfələrlə zəng edib , müraciət etmişik. Amma deyirlər ki, Biz heç nə edə bilmərik. Nazirlər Kabneti və Mədəniyyət Nazirliyi zənglərin heç birini açmır . Prezidentimiz ictimai nəzarət deyir, amma nə qədər müraciət etsək də nəzarət yoxdur . Prezident bütün ölkənin prezidentidir. Bəs bizim rayonla niyə maraqlanmir? Xahiş edirik bunu Beyləqan rayonu Peyğəmbər torpağıdır.Biz dəfələrlə İcra başçısına, Mədəniyyət nazirinə, rayonun şəhər sovetinin rəhbərinə, Beyləqan rayon ukratoruna zəng etmişik, amma cavab verilmir .
Mehriban Xanıma müraciət etmişik. Amma İcra Hakimiyyəti onlara yalan məlumat verib. Deyiblər ki hər şey yolundadır . İcra Hakimiyyətinin işçiləri bizə deyirlər ki, “get əlin hara çatır şikayət et. Bizim heç kimdən qorxumuz yoxdur. Sən hara şikayət edirsən et, nə rayonun işıqlarını yandıra bilərsən, nə də Başqa problemlərini həll edə bilərsən”. Çox xahiş edirik ki, bizim məlumatlarımızı ictimailəşdirəsiniz.
Bu günlərdə Sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri keçirir. Amma Beyləqan Rayon sakinləri qeyd edir ki, antisanitariya rayon sakinlərini üfunət qoxusundan zara gətirib. //gundemxeber.az//