Cəmiyyət Manşet

Qazilərimizi `SİLİSƏ ÇƏKƏN` KİMLƏRDİR? – QAZİ İNTİHARLARINA SUSURLAR AMMA…

Xəbər verdiyimiz kimi, iyunun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qarşısında baş verən hadisə ilə bağlı cinayət işi açılıb.

Zirveyolu.info cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə ƏƏSMN qarşısında aksiya zamanı nazirliyin mətbuat katibi Fazil Talıbovun yaxasından yapışan Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev məlumat verib.

Qazi bildirib ki, izahatı alınması üçün Yasamal rayon Polis İdarəsinə dəvət olunub və cinayət işinin başladılmasıyla bağlı ona məlumat verilib:

“Mənə deyildi ki, araşdırma davam edir. Çox təəssüflə sual verirəm ki, araşdırma iki ay ərzində niyə getmirdi? Xalqın fikri cəbhədə olduğu dönəmdə, igidlərimizin düşmənlə mübarizəsi, şəhid olması zamanı qazilərin araşdırılması kimlərinsə tapşırığıdır. Bu gün izahat alınması üçün Polis İdarəsinə çağırılmışam. Digər qazilərlə də əlaqə saxlayıb dəvət ediblər”.

“Sual verdim ki, nazirliyə dəyən maddi ziyana görə bizə cinayət işi açılıb? Dedilər ki, görüntülərə görə. Bildirdim ki, həmin görüntülər neçə aydır yayımlanıb.

Mən onlara sual ünvanlayacağam ki, 37- dən artıq qazimiz kimlərinsə incidilməsi ilə intihar edib. Həmin şəxslərə cinayət işi açılıb, ya yox? Təəssüflər olsun ki, yox!”, – deyə Hacı Vəliyev əlavə edib.

Qeyd edək ki, sözügedən tarixdə bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib. İnsident zamanı bir qazinin halı pisləşib, onu içəri köməksiz vəziyyətdə keçirən nazirlik əməkdaşları qapını digər qazilərin üzünə bağlayıb. Bu səbəbdən qəzəblənən qazilər nazirliyin qapısını qıraraq içəri daxil olublar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir