“Gömrükçü Bakı Peşəkar Futbol Klubu” MMC (VÖEN- 1307491991) və “Kinoloji Xidmət” MMC (VÖEN- 1805663961) ləğv olunduqlarını elan ediblər.
Zirveyolu.info yeniavaz.com-a istinadən xəbər verir ki, hər iki elanda kreditorlardan tələblərini 2 ay ərzində Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, “Gömrükçü Bakı Peşəkar Futbol Klubu” MMC 19.03.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 4 000 manat nizamnamə kapitalı olan “Gömrükçü Bakı Peşəkar Futbol Klubu”nun qanuni təmsilçisi Neymətova Yeganə Əsədulla qızıdır. MMC-nin hüuqi ünvanı Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 93-də yerləşir.
“Kinoloji Xidmət” MMC 22.12.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. 8 000 manat nizamnamə kapitalı olan “Kinoloji Xidmət”in qanuni təmsilçisi İmanova Zeynəb Namiq qızıdır. MMC-nin hüquqi ünvanı Sabunçu rayonu, Maştağa-Zabrat Yolunun sağ tərəfində yerləşir.
Onu da bildirək ki, qeyd olunan ünvanda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi fəaliyyət göstərir.