İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi Novoseltsev Vasiliy İvanoviç barəsində məhkəmə iddiası qaldırıb.
Zirveyolu.info yeniavaz.com-a istinadla xəbər verir ki, iddia Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidovun icraatına verilib.
Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Novoseltsev Vasiliy İvanoviç İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən Nikitin adına kolxozun rəhbəridir. Hazırda kolxozun dövlət büdcəsinə böyük həcmdə – 705 min 987 manat 35 qəpik vergi borcu var.
Onu da bildirək ki, Nikitin adına kolxozun ferma müdiri Timofey Uryupin və baytar həkim Cahid İsmayılov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb. Ötən ay Şəki Ağır Cinayətlər Məhkəməsində T.Uryupinə 2 il 6 ay, C.İsmayılov isə 2 il müddətinə şərti cəza verilib.