Yay aylarında mağaza və köşklərdə ən çox satılan sərinləndirici içkilər və dondurmalardır.
Hər ikisi də əksər hallarda plastik qablaşdırmada satılır.
Doğrudur, şüşələrdə qablaşdırılmış içkilər də var, lakin onların qiyməti plastik qablaşmada olanlara nisbətən baha olduğundan, çoxumuz büdcəmizə uyğun olduğu üçün, plastik qablaşmada olan içkiləri almalı oluruq.
“DogruXeber.az” bildirir ki, bu içkilərə də tələbat çox olduğundan, elə bu gördüyünüz mağaza kimi, bir çox mağaza və marketlər sifarişi biraz çox verirlər. Soyuducunun tutduğu qədərini doldurub, qalanlarını soyuducuda yer boşalana qədər bayırda günəşin altında saxlayırlar.
Maraqlıdır, deyək ki, sahibkarın gözünü nəfsi və “qazanc həvəsi” tutub, öz pulları ilə əhaliyə sağlamlıq üçün nə qədər zərərli maddələr istehlak etdiklərinin fərqində belə deyillər, ya da bilərəkdən edirlər, deyə bilmərik.
Bəs bu cür halların qarşısını almaq üçün yaradılmış qurum – Qida təhlükəsizliyi agentliyi hara baxır?
Onu da qeyd edək ki, bu cür hallara çox zaman “Al market” və “Oba” marketlər şəbəkələrinin qarşısında da rast gəlmək mümkündür.
Halbuki, plastik materialların əksəriyyəti yüksək temperatur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlıq üçün təhlükəli olan zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerləri, bisfenol A və s. misal göstərmək olar. Plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullardan uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət Günəş şüaları altında saxlanılması yolverilməzdir.
Kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir.
Harvard Universitetinin “School of Public Health” araşdırmaçılarının tələbələr üzərində apardıqları yoxlamalardan sonra məlum olub ki, bir həftəboyu plastik şüşələrdən su içən tələbələrin orqanizmlərində Bisfenol A maddəsi yüzdə 69 faiz artıb. Plastik kütləyə bərkidici kimi qatılan təhlükəli maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda, həmçinin istiliyə məruz qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. Bisfenol A bir sıra xəstəliklərlə yanaşı prostat və süd vəzi xərçənginin inkişafına da yol açır.
İstilik nəticəsində kanserogen maddəyə çevrilir
Qeyd edək ki, bu mövzuya toxunan yeganə media deyilik. Nə də ilk biz deyilik. Dəfələrlə bu barədə müxtəlif saytlar yazıb və əksəriyyəti də bu barədə “AQTA”nın da fikirlərinə yer ayırıblar.
Lakin, aidiyyatı qurum deyir, “sən saydığını say”…
Nəysə.
Yazılanları görür, izləyir lakin, qarşısını almaq üçün tədbirlər görməyə gəldikdə isə…
Əlqərəz.
Əhalinin sıx hərəkətinin olduğu ərazidə, “Koroğlu” metrostansiyasının düz yanında yenicə lentə aldığımız bu aşkar görüntülər “AQTA”nın bu mövzudakı “həssas” yanaşmasının sübutudur.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //”DogruXeber.az”//