Tayfa kimi nifaq salıb, dövlət kimi terror törədənlər – Dünyanın üz qarası-ermənilər
Azərbaycanlılar ermənilərə qarşı tarixən nə qədər yaxşılıq etsələr də, erməni xisləti dəyişməz olaraq qalıb. İndi də 44 günlük Vətən savaşından dərs almayan ermənilər həm hərb meydanında, həm də informasiya məkanında təxribatlarından əl çəkmirlər. Sözsüz ki, onlar layiqli cavablarını alır, darmadağın vəziyyətə düşürlər. Ancaq yenə də milçək bir şey olmasa da, ürək bulandırmaqda davam edir.
Proses.az xəbər verir ki, ötən günlərdə ermənilər [email protected] e-mailindən Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə məktub göndəriblər ki, guya Azərbaycan terror dövlətidir. Utanmazcasına yazıblar ki, guya Azərbaycan ermənilərə qarşı terror törədib. Belə bir şeyin olmadığını xarici nümayəndələr də yaxşı bilir. Tarix boyu da ermənilərin bizə qarşı etdikləri ilə də arxiv materiallarından tanış olmaq çətin deyil. Biz bunu oxuyanların həmin faktlara daha asan çatmaları üçün bu yazını təqdim edirik:
Tarixdə adı və yeri, dövləti olmayan erməni tayfaları hər zaman köklü xalqlara, dövlətlərə yarınmaq, onların daxilində nifaq salmaq, qarışıqlıq yaratmaqla məşğul olublar. Zaman keçdikcə onların sayı artıb, inkişaf ediblər, ancaq yaxşıya doğru deyil, pisə doğru dəyişiblər. Bir zamanlar xırda intriqalar yaradan ermənilər Azərbaycanın əzəli ərazilərinə göz dikib, himayədarlarının əlində maşa olmaqla dövlətlərini “qurduqdan” sonra terrorlar törədib, ölümlərə vəsilə olub bir sözlə, terror dövlətinə çevriliblər.
Bu, bizim subyektiv yanaşmamız və ya kiminsə fikri deyil. Dediklərimiz tarixi həqiqətlərdir ki, faktlarla da məqaləmizin növbəti sətirlərindən tanış ola bilərsiniz.
Rus tədqiqatçısı V. L. Veliçko. “Qafqaz” əsərində yazıb:
“rmənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…
…məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.
Amerikalı erməni yazıçısı L. Z. Sürməliyan. “Xanımlar və cənablar, müraciətim sizədir” kitabında öz xalqı haqqında bunları deyib:
“Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”.
Bu cür sitatlar kitablarda, tarixdə yüzlərlə, minlərlədir.
Gəlin ermənilərin konkret olaraq Azərbaycana və azərbaycanlılara qarşı terror, qəsbkarlıq niyyətlərinə, əməllərinə baxaq:
1905-1907-ci illərdəki Rusiya inqilabı zamanı qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədərək 75 azərbaycanlı kəndini talan ediblər. Bu gün də həmin ərazilərdə erməni qırğınlarının törədildiyi abidələr, faktlar saxlanılmaqdadır.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq, Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə divan tutmağa başlayıblar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılıb. Bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilib, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olublar.
Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edib. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə “Türkiyə Ermənistanı” yaratmaq səlahiyyəti verilib. Birinci Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi.
1918-ci il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən top atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 30 min insan qətlə yetirilmişdi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutub, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə” binasına od vurdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8.027 azərbaycanlı qətlə yetirildi. Quba qəzasında 162 kənd darmadağın edildi, 16 mindən çox insanın həyatına son qoyuldu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürüldü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıdıb, Şuşada görünməmiş qırğınlar törədiblər.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qətliam və etnik təmizləmə sovet dövründə də davam edib, amma həmin vaxt bu proses “qanun” çərçivəsində həyata keçirilib. Bu xüsusda Stalin dövrünün deportasiyasını, 1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından köçürülməsini xüsusi qeyd etmək lazımdır.
Erməni terrorizmi bir əsrdən artıq müddətdir ki Azərbaycan xalqına və Türkiyəyə qarşı terror hücumları etməkdədir. Erməni terror təşkilatlarının digər terror təşkilatlarından bir çox fərqi var, belə ki erməni terror təşkilatları yüksək səviyyədə təşkilatlanmaya malik olmaqla bərabər, həm də erməni lobbisi tərəfindən yüksək maliyyə dəstəyi ilə fəaliyyət göstərirlər.
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olub.
Ermənilərin yaxın tarixdə törətdikləri terror hadisələri də tükürpədicidir. Qısa bir dövrdə onların nələr etdiyinə nəzər salaq:
16 sentyabr 1989-cu il. “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılıb, çoxlu insan tələfatı olub.
11 iyul 1990-cı il. “Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilib, nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.
10 avqust 1990-cı il. “Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Cinayətin təşkilatçıları A. Avanesyan və M. Tatevosyan cinayət məsuliyyətinə cəlb olunublar. Həmin gün “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılıb, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanıb.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılıb, 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.
09 yanvar 1991-ci il. “Molodyoj Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilib. Terrorçu qrupun üzvləri A. Mkrtçyan, Q. Petrosyan, A. Manqasaryan və Q. Arustamyan cinayət məsuliyyətinə cəlb olunublar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanıb.
19 iyun 1991-ci il. “Yevlax-Laçın” avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus “UAZ-469” markalı avtomaşın partladılıb, 3 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanıb.
02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində “QAZ-53” markalı avtomaşın partladııb, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanıb.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında “KAVZ” markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılıb, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti alıb.
08 sentyabr 1991-ci il. “Ağdam-Xocavənd” avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilib. Həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
26 sentyabr 1991-ci il. “Yevlax-Laçın” yolunda “VAZ-2106” markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılıb, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanıb.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında “UAZ-469” markalı avtomaşın partladılıb, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanıb.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər – Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – 19 nəfər həlak olub.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində “ZİL-130” və “Moskviç” maşınları partladılıb, 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.
08 yanvar 1992-ci il. Türkmənistandan “Krasnovodsk-Bakı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanıb.
28 yanvar 1992-ci il. “Ağdam-Şuşa” marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olub.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirib, 650 nəfəri isə yaralayıblar.
22 mart 1992-ci il. “UAZ 469” markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılıb, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanıb.
28 mart 1992-ci il. “Kamaz-5410” markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılıb, nəticədə 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.
18 aprel 1992-ci il. “Qazax-cəfərli” yolunun 10-cu kilometrliyində “Vaz” markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanıb.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında “UAZ-469” markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılıb, 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, casusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetilirilib ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törədib.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanıb. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanıb.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində “ZİL” markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan “QAZ-66” markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.
19 mart 1994-cü il. Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmə sübut edib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Müəyyən olunub ki, “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. “20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının “Daqestanskiye Oqni” stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.
03 iyul 1994-cü il. Bakı metropolitenin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı – 13 yanvar 1994-cü ildə əsir düşüb və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib, Aslanov Azər Salman oğlu tərəfindən törədilib. Məhkəmə araşdırmaları zamanı müəyyən olunub ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşüb, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib.
9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A. Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib. 16 iyun 1994-cü il tarixində A. Aslanovun anası Tacibat Aslanova Yerevana gəlib. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilib. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilib. A. Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı” marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunub. İstintaq zamanı müəyyən edilib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılıb, araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.
Ermənistanın 30 il ərzində Azərbaycanın əzəli torpaqlarında nələr etdiyi isə hər kəsə məlumdur. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra məlum oldu ki, vandal ermənilər təkcə azərbaycanlılara deyil, İslam dünyasına da böyük zərbə, hörmətsizlik ediblər. Ərazimizdəki 67 məsciddən 65-ni darmadağın ediblər. Dağıda bilmədiklərində isə İslam aləmində haram sayılan donuz saxlayıb, bütün müsəlman dəyərlərini heçə sayıblar. Onlar mədəniyyət nümunələrini darmadağın edib, qəbir daşlarına belə güllə atıblar. Bu, ermənilərin genlərində olan dağıdıcı, terrorçu xislətinin bariz nümunəsidir. Belə bir deyim var ki, hər nəsildə bir üz qarası var. Dünyanı da böyük bir ailə saysaq, bu ailənin də üz qarası ermənilərdir.
Təbii ki, Azərbaycanın xüsusi xidmət orqanları hər bir prosesi diqqətlə izləyir, lazımı tədbirləri görürlər. Bunun nəticəsidir ki, illərdir Azərbaycanda sabitlik hökm sürür. Bu, heç də o demək deyil ki, indi Azərbaycana qarşı terror, təxribat törətmək istəyənlər yoxdur. Xeyr, Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycan dünyada da öz yeri və mövqeyinə görə diqqət mərkəzindədir. Bizi sevənlər qədər, istəməyənlər də var. Azərbaycanın xüsusi xidmət orqanlarının ayıq-sayıqlığının nəticəsidir ki, bu gün Azərbaycan çoxlarının yaşamaq istəyidi, sabit bir ölkədir. Ölkəmizi qorumaq üçün hər kəs öz üzərinə düşən vəzifəni layiqincə icra edir və bundan sonra da edəcək. Erməni xisləti isə hər zaman darmadağın, məyus formada qalacaq.
Cavid Hüseyn
Proses.az