İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
Zirveyolu.info yeniavaz.com-a istinadla xəbər verir ki, iddia bu gün – 18 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Aytən Oruczadınin icraatına qəbul edilib.
Məhkəmə iddiasının vergi məsələləri üzrə mübahisələrlə bağlı qaldırıldığı bildirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəmə iddiası Dəmirçiyev Dilsuz Kazım oğlu tərəfindən qaldırılıb.
Məlumat üçün bildirək ki, “Klublar kralı” olaraq tanınan Dəmirçiyev Dilsuz Kazım oğlu daha əvvəl bir-neçə dəfı ölkə mətbuatının gündəmində olub. Ötən il “Extra” gecə klubunda epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar edildiyinə görə bu kluba rəhbərlik edən Dilsuz Dəmirçiyev saxlanılıb.
Bundan başqa Dilsuz Dəmirçiyev 2018-ci ildə İran İslam Respublikası vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan mərhum etdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Qısa müddətdən sonra azadlığa buraxılıb.
2019-cu ildə Bakı şəhərində fəaliyyət göstərən “Ellips”, “Otto”, “Süfrə”, “Status” “Malibu” adlı məşhur gecə klublarının sahibi kimi tanınan Dilsuz Dəmirçiyev barəsində Vergilər Xidməti də məhkəməyə müraciət edib.