Cəmiyyət Manşet

Goranboyda vətəndaşı İNTİHAR HƏDDİNƏ ÇATDIRAN KİMDİR? – “…etdikləri cinayətləri gizlədirlər”

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Goranboy rayonu icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ona yaxın olan icra hakimiyyətinin bir qrup əməkdaşları, təyin etdiyi Qızılhacılı qəsəbə bələdiyyə sədri Səbinə Həsənova artıq mənim canımı boazıma yığıblar, yaşamaq istəmirəm.

2020-ci ilin dekabr ayında Qızılhacılı qəsəbə bələdiyyəsinə sədr vəzivəsinə Goranboy RİH-nin icra başçısı Məhərrəm Quliyev tərəfindən təyin edilən Səbinə Həsənova vəzifəli şəxs olaraq özbaşnalıqlar edərək, bələdiyyənin təlimatına uyğun deyil, icra başçısı Məhərrəm Quliyevin tapşırığı ilə işləyir, süründürməçiliklə, ədalətsizliklə məşğuldur.

2019-cu ilin aprel ayından valideynlərimin təsərrüfatından ayrılmışam. Sabiq Qızılhacılı qəsəbə ərazi üzrə icra nümayəndəsi və sabiq bələdiyyə sədri Məzahir Allahverdiyev məni 2019-cu ilin aprel ayında aldadaraq, müəyyən vədlər vermişdilər, həyətyanı torpaq sahəsi ilə təmin etməmişdilər.

2021-ci ilin iyun ayında Qızılhacılı qəsəbə Bələdiyyə sədri Səbinə Həsənovaya mənə həyətyanı torpaq sahəsi verilməsi üçün rəsmi müraciətlər etdim, iştirakım olmadan özünə yaxın bələdiyyə üzvləri ilə birlikdə iclas təşkil etmiş, qanunsuz qərarlar çıxarmışdı.

Goranboyda vətəndaşı İNTİHAR HƏDDİNƏ ÇATDIRAN KİMDİR?

Bununla bağlı aidiyyatı qurumlara müraciətlər etdim, Ədliyyə nazirliyinin Regional Gəncə ədliyyə idarəsində qəbullarda oldum.

15.09.2021-ci il tarixində “qondarma çıxardığı qərarını ləğv edərək”, mənə torpaq sahəsinin verilməsi üçün Sənədləşmə İşinə Başlanılması qərarını çıxarmışdı.

15.09.2021-ci il tarixində çıxardığı bu qərarı hələ də çox təəssüflər olsun ki, bu günə kimi icra etmir, sürünfürməçilik edir.

2019-cu ilin aprel ayəndan bu günə kimi vətəndaşlara verilən həyətyanı torpaq sahələrinin və elə bələdiyyə üzvləri var ki, nə səbəbə iclaslarda iştirak etməyərək iclas protokollarına imzalar etməmələrini araşdırılması üçün hüquq mühafizə orqanlarına, Bələdiyyələrlə İş Mərkəzinə dəfələrlə rəsmi qaydada yazıb, göndərsəm də bu günə kimi çox təəssüflər olsun ki, araşdırılmır, yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslər barəsində heç bir tədbir görülmür, etdikləri əməllərə görə məsuliyyətə cəlb edilmirlər, müəyyən maraqlara görə etdikləri cinayətləri gizlədirlər.

Yuxarıda qeyd etdiklərimə görə yaşamaq istəmirəm, artıq canım boğazıma yığılıb, mənə qarşı olunan süründürməçiliyi, ədalətsiliyi görməməyim üçün ölmək qərarına gəlmişəm”.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir