Cəmiyyət Manşet

Şamil Heydərov: Barəmdə yazılanların heç bir əsası yoxdur

 

Son günlər “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsi ilə bağlı sosial şəbəkələrdə böyük müzakirələr aparılır. İş adamının həbsi ölkə gündəmini zəbt edib. O, Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs olunub. Həmçinin onun həbsini Dövlət Gömrük Komitəsinin eks sədri Səfər Mehdiyevlə yaxın olması və biznes ortaqlığı ilə əlaqələndirirlər.

Sosial şəbəkədə antimilli qüvvələr bir neçə iş adamının nümunəvi fəaliyyətinə kölgə salmaq niyyətinə düşüblər. Belə ki, ömrü boyu dövlətə, dövlətçiliyə və xalqa xidmət edən tanınmış iş adamı Şamil Heydərovla bağlı qarayaxma kampaniyasına start veriblər. Bu kampaniyanı aparanlar isə öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaranlardan başqası deyil. Xüsusilə qeyd edək ki, “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərovun həbs olunan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla 2015-ci ildən bu vaxta qədər heç bir biznes ortaqlığı və ya müştərək alış-verişi olmayıb. Daha dəqiq desək iş adamının həbs olunan şəxslə heç bir əlaqəsi olmayıb. Amma 2015-ci ilə qədər gömrüklə işləyən iş adamları eləcədə karqo şirkətlərinin rəhbərləri “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovdan asılı idilər. Lakin bir qrup şəxslər isə sosial şəbəkədə ağızına gələni yazaraq bildirirlər ki, iş adamının oğlu Kamal Heydərovla Əbülfəz Məlikovun oğlu İngiltərədə şirkət açıb, ortaq biznes qurublar. Xaricdə oturub, daim dövlət məmurlarının və iş adamlarınln fəaliyyətini kölgə altına almağa çalışan Cavanşir Həsənli adlı şəxs facebook səhifəsində qeyd edir ki, şirkətlər ofşor zonalarda təsis olunub. Xüsusilə vurğulayaq ki, bu yazılanlar ağ yalandan başqa birşey deyil. Çünki Kamal Heydərovun atası, tanınmış iş adamı Şamil Heydərov bütün kapitalını Azərbaycanın iqtisadiyyatının yüksəlməsinə görə, ölkəmizə yatırıb. Dövlətimizin iqtisadi gücünün artmasında əlindən gələn köməkliyi əsirgəməyən Şamil Heydərov və oğlu Kamal Heydərov ölkə rəhbərinin bütün çağırışlarına qoşularaq, Pandemiya, 44 günlük Vətən Müharibəsi və Yaşat Fonduna ümumilikdə 500 minə yaxın ianə etmişlər. Atılan bu addımlar ölkə başçısına və onun ailəsinə sadiqliq nümayişidir. Çünki Şamil Heydərov hər çıxışında qeyd edir ki, hər bir iş adamı bütün valyutasını ölkəmizə yatırmalı və dövlət başçımızın yanında olaraq, iqtisadiyyatımızın genişlənməsinə əlindən gələni əsirgəməməlidir.
Sosial şəbəkədə yazılanlarla bağlı iş adamı Şamil Heydərovun mövqeyini öyrənməyə çalışdıq. O, açıqlamasında qeyd etdi ki, dövlət və xalq üçün qanı-canı ilə çalışan adamlara ömür boyu çamur atılıb və atılmaqdadır. Biz öz haqq işimizdəyik. Dövlətə, dövlətçiliyə və xalqa xidmət etməkdən yorulmuruq. Vətənimizin çiçəklənməsində, iqtisadiyyatımızın güclənməsində, dövlətimizin möhkəmlənməsində əlimizdən nə gəlir daim addım atırıq və atmaqda davam edəcəyik. Çünki biz iş adamları hər daim dövlət başçımızın diqqətini və qayğısını hiss edirik. Əgər oğlumun adına açıldığını iddia edən Cavanşir Həsənli qeyd edirsə ki, bu şirkət fəaliyyətdədir və bizneslə məşğuldur. O zaman həmin şirkətə məxsus kapitalı və bütün əmlakı dövlətə bağışlamağa hazıram. İş adamı kimi ölkəmizin birinci xanımı Mehriban Əliyevanın sahibkarlara göstərdiyi əvəzolunmaz qayğıdan həmçinin diqqətdən faydalanaraq, var gücümüzlə çalışaraq vətənimizə əməli işlərimizlə tövhələr verməyə çalışırıq. Yaşasın Azərbaycan xalqı, var olsun ölkə başçımız cənab İlham Əliyev.
İş adamı sonda onu da qeyd etdi ki, barəmdə şər-böhtan xarakterli yazılar yazan saytlar ilə bağlı məhkəməyə müraciət edib. Həmçinin qeyd olunan saytlarla bağlı hüquq-mühafizə orqanlarına rəsmi məktub ünvanlanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir