Cəmiyyət Manşet

“”Dünyagöz Klinikası”nda həkim əməliyyat zamanı məni kor etdi” – GİLEY

Xaçmaz rayon Seyidlər kənd sakini Əhmədova Kəmalə Qanunla.Az informasiya portalına şikayət edərək bildirib ki, gözündə yaranan problem üçün ”Dünyagöz Klinikası”na müraciət edib.

Kəmalə xanım bildirir ki, klinikada onu Nərgiz həkimlə görüşdürüblər.

“Ödəniş edəndən sonra Nərgiz həkim məni müayinə etmək üçün lazımi tibbi aparatlardan keçirdərək məni Yaqub Çevik hoca həkimə yönləndirdi ki, sizi o, əməliyyat edəcək. Yenidən kardioloq müayinəsindən keçdikdən və qan analizləri verdikdən sonra 28.10.2021-ci il tarixində əməliyyat olunacağımı bildirdilər. Əməliyyat masasında gözümün daxilində nəyinsə qopduğunu və çox ağrı hiss etdim. Əməliyyat bitəndən sonra mənə resept yazdılar və yoxlanış üçün 29.10.2021-ci il tarixində dəvət etdilər. Klinikaya gəlib yoxlanışdan keçdim və bildirdilər ki, hər şey yaxşıdır. Beləliklə noyabrın 7-si,12-si, 26-sı müayinə üçün həkim qəbulunda oldum yenidən bildirdilər ki, hər şey normaldır, hətta mən Nərgiz həkimdən soruşdum ki, niyə gözümə linza qoymadılar?

O, bildirdi ki, bizdə xüsusi şüşə var onu gözünüzə qoyub yoxlayacayıq gözdə görüntü görüləndən sonra ikinci əməliyyat edib linza qoyacağıq. Nərgiz həkim daha sonra məni dekabrın 15.12.2021-ci ildə gəlməyi tapşırdı. Dekabrda gəldim ancaq nə Nərgiz həkimi nə də ki, Yaqub həkimi tapdım. Klinikadan bildirdilər ki, həkim sabah işdə olacaq.

Qohumlarımın təkidilə Bakı şəhərində fəaliyyət göstərən məşhur klinikaların birində gözümü yoxlamaq üçün müraciət etdim. Burda göz cərrahı Cahid həkim gözümə baxış keçirəndən sonra bildirdi ki, sizin gözünüzdə böyük problem var əməliyyat uğursuz aparılıb və gözünüzdə tədricən çürümə olacaq. Mən xahiş etdim ki, siz bu problemi öhdənizə götürə bilərsiniz o, bildirdi ki, xeyr, hansı həkim əməliyyat edibsə məsuliyyətini öz üzərinə götürməlidir. Yenidən səhəri gün klinikaya getdim. Yaqub Çevik həkimi yenə tapa bilmədim. Məni hər dəfə bir həkimin qəbuluna saldılar. Boş-boş vədlər verdilər. Gözümdə müntəzəm olaraq ağrılar, şişmələr artmaqda idi. Sonda Dünyagöz Klinikasında Semih həkimin qəbulunda oldum o mənə bildirdi ki, sizin əməliyyatınız uğursuz olub çox təssüflər olsun ki, sizin gözünüzü bərpa etmək olmayacaq. Kəmalə xanım bildirir ki, uğursuz əməliyyat üçün ödədiyim məbləği qaytarmaq üçün etirazımı bildirdim. Məni eşitmək belə istəmədilər. Yaqub Çevik həkimin gözümdə uğursuz əməliyyat apardığı üçün mənə dəyən maddi və mənəvi ziyanı qarşılamasını istəyirəm. Hal-hazırda onun uğursuz əməliyyatı ucbatından görmə qabiliyyətini itirmişəm. Yaqub Çevik həkimin məsuliyyətə cəlb olunacağı günə qədər mübarizəmi aparıb lazımi dövlət orqanlarına məlumat verəcəm”. //aztoday.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir