Cəmiyyət Manşet

Bu da `Qala Sığorta`nın SIĞORTA SİYASƏTİ: Özləri DİAQNOZ QOYUR, SONRA DA… – GİLEY

“Şikayətim “Qala Sığorta” şirkətindəndir”. DİA.AZ bildirir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Elvin adlı istifadəçi giley edir.

Bu da `Qala Sığorta`nın SIĞORTA SİYASƏTİ: Özləri DİAQNOZ QOYUR, SONRA DA...

Daha sonra narazı vətəndaş yazır: “15 avqust tarixində “Qala Sığorta” məni Tusi klinikasına qastroentereloqa yönləndirdi. Müayinələrdən keçdim, biopsiya üçün City Hospital-a yönləndiririldim. Biopsiya ödənişi etdim, bir həftə sonra nəticələri götürüb qayıtdım həkimin yanına.

Biopsiya nəticəsində Kron xəstəliyinin önə çəkildiyi və əlavə müayinələrə ehtiyac olduğu qeyd olunub. Həkim diaqnozu tam olaraq təsdiqləmədi və KT-ə ehtiyac olduğunu dedi.

Bu məqamda “Qala Sığorta” əməkdaşları Kron xəstəliyinin təsdiqləndiyini və bu xəstəliyin sığorta proqramına daxil edilmədiyini əsas gətirərək KT ödənişini qarşılamaqdan imtina etdi.

Həkim diaqnozu təsdiqləmədiyi halda “Qala Sığorta” özbaşına mənim diaqnozumu təsdiqləyərək, ödənişdən imtina edir. Bununla bağlı şikayəti hansı quruma yönləndirməyi məsləhət görürsünüz?”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir