Siyasət

Elm və Təhsil Nazirliyi BUNLARA NƏZARƏT EDƏ BİLMİR? – YAZIQ VƏTƏNDAŞ…

“Şikayətim Elmlər metrostansiuası yaxınlığında, Süleyman Dadaşov 6 (20 nömrəli məktəbin yanı) ünvanında yerləşən “Kenguru” Tədris Mərkəzindəndir.
Guya Yay məktəbi olaraq fəaliyyət göstərirlər. Təqdimat edərkən, 9 00 dan 18 00 kimi fəaliyyət göstərdiklərini, gündə 3 dəfə qidalanma (lunch, nahar və meyvə), məşğələlər və servis xidməti olduğunu bildirmişdilər”. DİA.AZ bildirir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupundakı paylaşımında Kəmalə Əfəndiyeva adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: “14.06.2022 tarixində 250 manat ödəniş edərək müqavilə bağlamışıq. 15 iyundan isə dərslər başlamalı idi. Xüsusilə uşağı təhvil təslim saatını gecikdirməməklərini xahiş etdiyim halda övladımı dərs günü dəfələrlə zəng etdikdən sonra saat 11ə işləmiş gəlib götürdülər. Mən servis xidməti dedikdə qaydalara uyğun uşaqların təhlükəsiz daşınmasını təmin edəcək nəqliyyat gözləyərkən, Toyota Pirus markalı minik avtomobili gəldi. Gec gəldikləri üçün taksi olduğunu düşündüm. İş yerim tədris mərkəzinə yaxın olduğu üçün ilk mənim qızımı gətirmişdilər. Gün sonu övladımın xoş təəssüratlarını bölüşəcəyini gözləyərkən, uşağı mərkəzdə gəzdiyi tapıçka ilə gətirdilər. Minik avtomobilinin arxa oturacağında 6 uşaq vardı. Uşaqlar bir birinin üstündə oturmuşdular. Gözlərimə inanmadım,qızım gözləri dolmuş,paltarları səliqəsiz, ac və qorxmuş idi. Qeyd edim ki, övladımın özəl tədris mərkəzində ilk təcrübəsi deyil. Bir sözlə zəng edib etirazımı bildirdim, hər nöqsana bir don geyindirdilər. Uşaq dedi bir daha ora getmərəm. Ödənişimi qaytarmaqlarını tələb etdim, gələn ayın əvvəlləri üçün çalışarıq dedilər(boş vəd imiş). Müqavilədə qeyd edilib ki, valideyn tərəfindən anlaşma pozularsa məbləğin 50 faizi qaytarılmır. Halbuki dedikləri xidməti almamışam. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etdim. 3 ay guya araşdırma aparıblar. Nəticə isə belə oldu: yalnız qarşılıqlı anlaşma ilə həll oluna bilər, əks halda məhkəməyə müraciət edin. Əsassız halda vəsaitimi saxlayıb və qaytarmırlar.
Mənə maraqlıdır, suveren bir dövlətdə belə dələduzlara niyə həddi bildirilmir. Bəlkə də çox valideyn fərqində deyil bunun, heç bir təhlükəsizlik tədbiri olmadan uşaqların daşınmasına necə göz yummaq olar? Belə müəssisələrin fəaliyyətinə hansı qurum nəzarət edir?
Məcburam bu özbaşınalığa görə məhkəməyə müraciət edim, həm maddı həm də mənəvi zərərdəyəm”.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqllı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir