Aqil Babayevə 173 min manat zəkat vermişəm – Özünü imam adlandıran şəxsin məhkəməsində
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü 12-ci imam kimi təqdim ediərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qalmaqal yaranıb. Təqsirləndirilən şəxs zala daxil olan kimi, zərərçəkmiş şəxslər ayağa qalxaraq onu təhqir edib.
Prosesə sədrlik edən hakim zərərçəkmişlər xəbərdarlıq edərək məhkəmənin qayda-qanunlarına tabe olmağa tələb edib.
Daha sonra “ŞaurmaN1″-in şəriki olmuş, zərərçəkmiş Natiq Sadıqov dindirilib. İttihama görə Natiq Sadıqova bu işlə bağlı 500 min manat ziyan dəyib. Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayevlə tanışlığı 2004-ci ildə başlayıb. Bundan əvvəl də onu din alimi kimi tanıyıb:
” Aqil Babayevin çox güclü dini savadı var. Bizi də elə bu yolla özünə inandırdı. İlk dəfə Bakının Əhmədli qəsəbəsində görüşümüz oldu, sonradan dəfələrlə təşkil etdiyi dini məclislərdə iştirak etdim. Təsəvvür edin ki, buna su aparan adamlar imama su verdikləri üçün fəxr edirdilər. Günlərin birində bizi toplayıb özünün imam olduğunu elan etdi. Hamıya da bildirdi ki, bu sirrin qorunması üçün Allahın tapşırığı var. Biz də fəxr etdik ki, Allah bizə belə bir sirr açıb.”
Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayev əvvəllər çox kasıb biri olub. Ona ilk avtomobili də o alıb:
“Aqilin anası qapı təmizləyən, atası da xiyarsatan olub. Onun evini də mən təmir etmişəm. Təsəvvür edin ki, buna da özümə də qiyməti, rəngi eyni olan “Lexus” markalı avtomobil aldım. Ona görə ki, eyni aldım ki, buna çatmayım”.
Natiq Sadıqov ifadəsinin davamında ittiham olunan şəxsin göstərişi ilə külli miqdarda zəkat veriyini və müharibə iştirakçılarının yaşayışının yaxşılaşması üçün kömək etdiyini qeyd edib.
“Aqil Babayevin əsas şərti zəkat çıxarmaq idi. Təkcə mən 173 min manat zəkat vermişəm. Bir dəfə də şəhid ailəsi üzvləri üçün ev tikdiyini dedi onda 370 min manat verdim. Hamımız onu böyük kimi qəbul etmişdik. Ona görə də işin üstü açılanda çox sarsıldıq.”
Prokurorun “sizi nə sövq edirdi ki, buna səcdə edirdiz” sualına zərərçəkmiş şəxs “Deyirdi ki, mən Allahın nümayəndəsiyəm, kitabını bağlaya bilərəm. Məndə qorxurdum kitabımı bağlayar gedərəm cəhənnəmə. “-deyə cavab verib.
Prokurorun Aqil Babayevin bir möcüzə etməsi ilə rastlaşmısızmı sualına isə zərərçəkmiş ” cənab prokuror, inanc başqa şeydir. Başınıza gəlməsə bilmərsiz. Hindistanda da inayə sitayiş edirlər məsələn…”.
Zərərçəkmiş sualları cavablandıran zaman Aqil Babayevin ətrafında olan hər kəsə təxəllüs də qoyduğunu deyib. Ona verdiyi təxəllüs isə İbadulla olub.
Zərərçəkmiş şəxs Aqil Babayevin vəkillərini də suallarını cavablandırıb.
Vəkil Elnur Quliyev ilk olaraq zərərçəkmişdən Aqil Babayevin onlara hansı vədlər verdiyini deməsini soruşub:
” Vədi o idi ki, sona qədər onun yanında qalsaq cənnətə gedəcəyik.”-deyə zərərçəkmiş suala cavab verib.
Vəkil Əli Hüseynov isə zərərçəkmişə ” sizin kimi ziyalı adam atası xiyarsatan adama necə inanıb pul verdi”-deyə sual verib.
Natiq Sadıqov suala ” onun məsələyə aidiyyatı yoxdur”- deyə cavab verib.
Vəkil Elnur Quliyevin “Şaurma1” də pay bölgüsü aparılması ilə bağlı sualını isə hakim rədd edib.
Elnur Quliyevin daha bir sualı isə ikinci Qarabağ Müharibəsində şəhid olan ailələrinə edilən köməklə bağlı epizodlar bağlı deyib.
Vəkil zərərçəkmişə üz “həmin vaxt hələ müharibə gedirdi, nə bilirdiz kimlər şəhid olub”-deyə soruşub.
Zərərçəkmiş isə kimlərin şəhid olması ilə bağlı onlara məlumat gəldiyini deyib.
Növbəti proses sentyabrın 6-a təyin olunub.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur. //trend//