Londondakı səfirliyimiz radikalların hücumuna məruz qaldı – Video
Bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Polis əməliyyat keçirir.
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başladı
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanda iştirak etmək üçün qeydiyyat avqustun 11-dək davam edəcək. Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış…
AZAL vətəndaşlara xəbərdarlıq etdi
“Azərbaycan Hava Yolları” QSC qurumun adından saxta məlumatların yayılması ilə bağlı vətəndaşlara müraciət edib. Zirveyolu.info AZAL-ın Mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin məlumatlar vətəndaşlara poçt vasitəsilə ötürülür: “Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır. Bu cür…