Cəmiyyət Manşet

Komitə məşhur şirkət barəsində “iş” açdı – “Bolluq LTD” MMC idxal bəyanamməsini təqdim etməyib?

Dövlət Gömrük Komitəsi Azərbaycanın qida sektorunda əsas oyunçulardan olan “Bolluq LTD” MMC barəsində inzibati iş açıb.

Şirkət İnzibat Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham olunur. Həmin maddədə qeyd edilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

İş hazırda Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır.

“Bolluq LTD” MMC-nin veb-səhifəsində şirkətin 1993-cü ildən topdansatış mərkəzi kimi fəaliyyətə başlayıb. 14 fevral 2008-ci ildə isə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 206 380 AZN olan şirkətin qanuni təmsilçisi İsgəndərov Ağasəf Məhəmməd oğludur.

“Bolluq LTD” MMC ötən il şirkətin Şirvan filialında yol verilən qanunsuzluqlarla gündəmə gəkmişdi. Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, aparılan araşdırma zamanı MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 1-dən 2021-ci il aprelin 19-dək olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 min 400 manat məbləğində çatışmazlıq aşkar edilib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.qaynarinfo

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir