Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub.
Zirveyolu.info report-a istinadən xəbər verir ki, Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.
O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.
R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.
Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.