Xaliq Məmmədovun YARIMÇIQ İŞİ… – “Bəs deyirdiniz, bizim kadr siyasətimiz şəffalıqla həyata keçirilir…”
Düz bir il əvvəl Dövlət Neft Şirkəti tərəfindən “Fəhlədən mühəndisə inkişaf proqramı” həyata keçirilməyə başladı ki, bu ideya ilk başdan hər kəs tərəfindən alqışlandı. Amma indi isə görünəni odur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tərəfindən bəh-bəhlə təqdim olunan bu proqram quru kağız üzərində qalıb. DİA.AZ bildirir ki, artıq bununla bağlı narazılıqlar da baş qaldırıb…
Xalik Məmmədov həmin proqramı belə vəsf edirdi…
Bununla bağlı dia.az-a müraciət edən neftçilərin sualı kimsəyə yox, məhz Xalik Məmmədovadır. Neftçilər yazır:
“Sizin elan etdiyiniz və təriflədiyiniz “Fəhlədən mühəndisə inkişaf” proqramı bitirmişik. Bizimlə maraqlanan yoxdur. Bəs deyirdiniz, bizim kadr siyasətimiz şəffalıqla həyata keçirilir… Nə oldu Xalik Məmmədov?!!”
Məsələ ilə əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq…