Bakıda TİKİNTİ DƏLƏDUZLUĞU: Novruz Zeynalov NƏ İŞLƏ MƏŞĞULDUR – Ekspert HƏYƏCAN TƏBİLİ ÇALDI
“Zeynalov Novruz İslam oğlu “Bakinkom” MTK, “Xəzərə mənzərə” MTK, “Komfort Yaşam” MMC və s. tikinti şirkətlərinin faktiki sahibidir. Bəzən şəriki kimi qızı Nigar da çıxış edir”. DİA.AZ bildirir ki, bu barədə tanınmış iqtisadçı Əkrəm Həsənov məlumat paylaşıb.
Qeyd edək ki, Əkrəm Həsənov Novruz Zeynalovun fotosunu paylaşaraq həyəcan təbili çalır, vətəndaşları bu adamla bağlı duyarlı olmağa səsləyir:
“Şəkildəki Zeynalov Novruz İslam oğludur. Şirkətlərinə formal rəhbərliyi isə Rüstəmov Babək Baxış oğlu adlı əlaltısı həyata keçirir.
Tikdiyi binalarda qanunsuzluq, özbaşınalıq edir, sakinlərin haqları kobud şəkildə pozulur…”
Tanınmış ekspert eyni zamanda Zeynalov Novruz İslam oğlu ilə bağlı araşdırmaya başladığını da bəyan edib.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…