Cəmiyyət Manşet

Fərhad Əhmədovun 150 milyonluq şirkəti məhkəməyə verildi

Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmar Cəmiyyəti (QSC) məhkəməyə verilib.

AMİA.AZ xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Oktyabrın 10-na iş üzrə hazırlıq iclası təyin edilib.

İşin mahiyyəti alqı-satqı üzrə mübahisələrdən ibarətdir. Təfərrüatlar barədə açıq mənbələrdə məlumat yoxdur. Maraqlı məqamlardan biri də iddiaçı barədə heç bir məlumatın olmamasıdır.

Teymur Əhmədov adına “AzNar” QSC 9 oktyabr 2006-cı ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 149 987 312 AZN olan QSC-nin qanuni təmsilçisi Əhmədov Teymur Fərəc oğludur.

Teymur Əhmədov Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı oğludur. “AzNar” QSC də əslində Fərhad Əhmədova məxsusdur. O, QSC-nin Direktorlar Şurasının sədridir.

AMİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir