Cəmiyyət Manşet

Əmrullayev bu faktı əgər araşdırsa… – İDDİA

Baş verən dəhşətli cinayət olayının canlı şahidindən eşitdiklərimiz bizi sözün həqiqi mənasında dəhşətə gətirdi. Söhbət hadisənin uzaq seyriçisindən, necə deyərlər 4-cü, yaxud 5-ci əldən gələn informasiyadan getmir, bir başa baş verənlərin mərkəzindən gələn informasiyadan gedir…

Sözün qısası, baş verənlər əməlli-başlı detektiv mövzudur. Amma təəssüf ki, bu mövzunu hüquq-mühafizə orqanları obyektiv olaraq araşdırmaq istəmir.
Sözün qısası, hadisə Nəsimi və Abşeron rayonu ərazisində baş verir. Belə ki, Nəsimi rayonunda şəhid Rövşən Nəsirovun adını daşıyan 111 nömrəli tam orta məktəbin müəllimi Şahvələdova Aynur Mahmud qızı, 2017-ci ildə sinif rəhbəri olduğu Şəhriyar adlı şagirdin anası Təranə Kəlbəliyevaya zəng edərək bildirir ki, Şəhriyar sinif yoldaşı ilə dalaşıb və onun polisə düşməməsi üçün 500 manat pul verməlidir. Və beləcə böyük bir cinayət əməli bundan sonra başlayır. Həyat yoldaşı rəhmətə gedən Təranə Kəlbəliyeva evdə söz-söhbət yaranmasın deyə, sinif rəhbəri Aynur Şahvələdovadan xahiş edir ki, pulu ödəsin və sonra borcu qaytaracaq.

Elə həmin gün axşam Aynur Şahvələdova zəng edərək valideynə deyir ki, bu məsələni 700 manata həll edib və bu pul ona çatmalıdır. Bu pulu tapıb qaytara bilmədiyinə görə valideynlə Aynur Şahvələdova belə razılığa gəliblər ki, yaxınlıqda yerləşən Seyid adlı şəxsin ərzaq mağazasından müəllimə həmin məbləğdə nisyə ərzaq alsın.

Beləcə, sinif rəhbərinin toruna düşən Təranə Kəlbəliyeva hər ay Seyiddən təxminən 1200 manatlıq bazarlıq edərək Aynur Şahvələdovanın evinə göndərir. Və hər dəfə “bazarlığı” evin qarşısında Aynurun “eynəkli” oğlu qarşılayır.

Təsəvvür edirsiniz, hər həftə 300-400 manat dəyərində bazarlıq… Gülməli olmasın, heç nazirin evinə bu qədər bazarlıq getmir. Baxdığımız videoda Seyid və onun həyat yoldaşı deyir ki, hər həftə 200 kənd yumurtası, 10 kiloqram kərə yağ, 20 litir süd, 4-5 ədəd bahalı xəşəm balığı, qatıq, süzmə, pamidor, xiyar, təzə kənd toyuğu, 3-4 hinduşka, kampot, mürəbbə, təzə tort, və daha nələr…

Görəsən, Aynur Şahvələdovanın xırda 3 nəfərlik ailəsi bu boyda bazarlığı bir həftədə necə həzm edə bilərdi..?

Bax, əsas sual da budur…

Deməli, dul qadın Təranə Kəlbəliyevanı toruna keçirən sinif rəhbəri onun hər həftə gətirdiyi 300-400 manatlıq bazarlığı məktəbdə müəllimlərə satmaqla, bir hissəsini məktəbin direktoru Jalə Hacıyevaya pay verməklə məşğul olub. Bəli, məktəb direktoru Jalə Hacıyeva və sinif rəhbəri Aynur Şahvələdova məktəbi sözün həqiqi mənasında kolxoz bazarına çeviriblər. Və beləcə bir neçə ildir davam edən bazarlığa görə, Təranə Kəlbiyevanın dükançı Seyidə 5400 manat borcu yaranıb. Bəs məsələnin üstü necə açılıb..?

Deməli, Təranə Kəlbiyevanın doğmalarından birinin evindən böyük məbləğdə qızıl zinət əşyaları yoxa çıxıb. Və məlum olub ki, qızılı Təranə Kəlbiyeva Seyidə olan borcunu silmək üçün hissə-hissə satıb. Daha doğrusu, sinif rəhbəri Aynur Şahvələdovanın neçə ildir davam edən bazarlıqlarının borcunu ödəmək üçün… Baxdığımız videolarda Aynurun həyat yoldaşı İlqar deyir ki, bu bazarlıq 2 ildir ki, davam edirdi. Amma əslində 4 ildir… İlqar öz şəxsi söhbətində Təranənin yaxınlarına deyir ki, onsuz da gec-tez Aynur həbs olunacaq, xahiş edirəm mənimlə və oğlumla işiniz olmasın. Danışıqlar prosesində Aynurun qardaşı Müqabil də iştirak edir.

Onu da qeyd edək ki, Aynur Şahvələdova guya ona təhdidlər olması barəsində Binəqədi polis idarəsinin 7-ci bölməsinə şikayət edib. Araşdırma zamanı hadisənin Abşeron rayonu ərazisində baş verməsi səbəbindən iş Abşeron polisinə göndərilib. Hətta seyr etdiyimiz videolarda Aynurun həyat yoldaşının və qardaşının 5400 manatı Seyidə və onun həyat yoldaşına qaytarması da var. Əgər ortada heç bir cinayət əməli yoxdursa, niyə Aynurun yaxınları 5400 manatı qaytarır..?

Sözün qısası, hər cürə detektiv, kriminal olayların şahidi olmuşuq. Amma məktəb direktoru, sinif rəhbərinin belə bir cinayət əməli törətməsinin ilk dəfədir ki, şahidi oluruq. Ən dəhşətlisi odur ki, məktəb direktoru Jalə Hacıyeva sinif rəhbəri Aynur Şahvələdovanın tərəfini saxlayır. Birincisi, ona görə ki, hər həftə bazarlıqdan onun da payı olub. İkincisi, direktor 8 min manat alaraq Aynuru özünə müavin qoydurmaq istəyib. Və indi plan pozulub.
Görəsən, Jalə Hacıyeva kimi məktəb direktorunun arxasında kimlər dayanır..? Və ən əsası görəsən, hər həftə Seyiddən alınan yumurtadan, kərə yağdan, balıqdan, hinduşkadan və s cənab təhsil naziri Emin Əmrullayevə nə qədər pay çatıb..?
Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin.

P.S. Qəribədə olsa 111 saylı məktəbin direktoru Jalə Hacıyeva ilə Təranə Kəlbalıyevanın oğlunun sinif rəhbəri Aynur Şahvələdova deyəsən Təranə Kərbalayevanı şantaj edirlər.

Bu yazıdan sonra, istintaqçılar yəqin ki, məsələni dəqiqliklə araşdıracaq və hansısa baş vermiş cinayət hadisəsinin üstünü açacaqlar. Jalə Hacıyeva və Aynur Şahvələdova bilməlidirlər ki, cinayəti bilib gizlətmək özü cinayət hesab olunur. //Sabahnews.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir