“Şikayətim D&P Parfum Neftçilər filialındandır.3-4 gün öncə 2 ədəd parfum əldə etdim.Biri H8 və G1 (C1 adı ilə səfh verdilər)”. DİA.AZ bildirir ki, bu barədə Elçin Əsgərov adlı istifaadəçi “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında giley edir.
Daha sonra narazı vətəndaş yazır: “Axşam saatları olduğu üçün evdə ancaq aşkar edə bildim ki,mənə lazım olan ətir deyil.Daha sonra dəyişmək üçün müraciət etdim qaynar xətt ilə əlaqə saxladım amma mənə normal cavab verilmədi.Müştəri ilə danışıq qaydası normal deyildi.Sonra dəyişə bilmərik dedilər çünki açmısız ətiri dedilər amma H8 parfumu açıq şəkildə satılmışdı halbuki.Soruşdum sebebini qablaşdırmaya pul veririk dedilər.Bəs o biri ətir köhnə partiya olduğu üçün açıq idi dedilər.Qablaşdırmanın pulunu verməyi təklif etdim bu dəfədə gigyenik cehetden problem olur dedilər halbuki aldığım digər ətir açıq idi və mənim dəyişdirmək istediyim sadəcə paketi soyulmuşdu.Bir sözlə başdan axıra qədər bu insanlar məsuliyətsiz və bu şirkət dolandırıcıdır.Müştəriləri isə günü gündən azalır.Məlum məsələdir ki, bir iki il öncə 75 filialı var idi indi isə 25 fililalı qalıb və bu gedişlə onlarda bağlanacaq”.
DİA.AZ