“Qarabağ Futbol Klubu” MMC-nin (VÖEN- 9900020601) təsisçisi dəyişir..
Zirveyolu.info -ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 13 oktyabr 2022-ci il tarixində, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanında “Qarabağ Futbol Klubu” MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İştirakçıların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə olunacaq:
1. “Qarabağ Futbol Klubu” MMC-də təsisçi dəyişikliyi ilə bağlı cəmiyyətin nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi;
2. “Qarabağ Futbol Klubu” MMC-nin nizamnaməsinin altıncı redaksiyada təsdiq edilməsi;
3. “Qarabağ Futbol Klubu” MMC-nin dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər.
Məlumat üçün bildirək ki, hazırda “Qarabağ Futbol Klubu” MMC ölkənin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” MMC (VÖEN – 9900020991) ilə eyni hüquqi ünvanda (Heydər Əliyev pr. ev 90) yerləşir. “Qarabağ Futbol Klubu”nun prezidenti olan Tahir Gözəl həm də “Azəsun Holdinq”in vitse-prezidenti vəzifəsini icra edir.